Tək Sərmayəsi Foto Aparatı İdi

0
2198
Tək Sərmayəsi Foto Aparatı İdi

Silikon Vadisinin ilk milyarderinin müvəffəqiyyət əhvalatını olduqca sıxıcı kimi görə bilərsiz. Çünki bu əhvalatın qəhrəmanı da bir çox müvəffəqiyyətli ad kimi zirvəyə müvəffəqiyyətsizliyi dəfələrlə duyaraq çatdı. Onlarla müvəffəqiyyətsiz sınaqdan sonra tək sərmayəsi olan fotoaparat ilə milyarderlər klubuna girdi. Buda  "işə yarayar bir fikrə zəncir vurulmaz" deyilən bir müvəffəqiyyət əhvalatı ... Jon Oringer, Silikon Vadisinin ilk milyarderiylə tanış olun. Foto saxlama saytı Shutterstockun qurucusu 39 yaşındakı Jon Oringer, New Yorkun məşhur texnologiya mərkəzi Silikon Vadisinin ilk milyarderidir. Oringer, Shutterstock proyektiylə milyarder olmadan əvvəl 10 şirkət daha qurmuşdur.

Shutterstocku qurmağa qərar verəndə fotoşəkil mövzusunda heç məlumatı olmadığını söyləyir: "Daha əvvəl dəfələrlə uğursuz olmuşdum, bu dəfə də müvəffəqiyyətsiz olmağa hazır idim."
Oringerin oktyabr 2012-ci ildə birjaya açılan şirkəti Shutterstock bu an 28 milyon fotoşəkil, video və şəkil ilə nəhəng bir verilənlər bazasına və paylaşıma sahibdir.
Təxminən şirkətin 55 %-dən çox hissəsinə sahib olduğundan illik gəliri 1 milyard dolları keçən Oringer, New Yorkun texnologiya bazarı Silikon Məhəlləsindən çıxan ilk milyarder adı qazanmış vəziyyətdədir.
 
SİFARİŞ FOTOŞƏKİL
Oringerin köçürdüyünə görə Shutterstock fikri ağlına gəlmədən əvvəl internet səhifələrini açmaqda istifadə brauzerlər (Firefox, Chrome kimi) istənməyən pəncərələrin açılmasının qarşısını alan bir tətbiq üzərində işləmişdir.
Oringer 2003-ci ildə Shutterstock fikirinin ağılına necə gəldiyini belə izah edir: "O dövrdə proqram inkişaf etdirir və insanlara abunəliklerini yenilətməyə çalışırdım. Email yazılarım üçün ümumi təyinatlı vizual ehtiyacım vardı və bu tərz vizuallar toplamanın nə qədər çətin olduğunu fərqinə vardım. "
O zamanlar, məkanlar və obyektləri göstərən ümumi məqsədli vizuallar çıxaran yalnız bir neçə şirkət varmış.
Bu şirkətlər də, məsələn Getty Foto, ümumiyyətlə xəbər agentliklərinə uyğun vəsait istehsal edirmiş. Daha kiçik şirkətlər üçün isə, məsələn, alma və ya səma kimi sadə bir fotoşəkil sifariş etmək olduqca baha başa gəlirmiş.
Fotoqraflıq təcrübəsi olmamasına baxmayaraq Oringer bir neçə min dollara bir fotoaparat satın almış və Craigslist kimi elan saytlarına mövzu ideaları üçün elan vermiş.
 
Sərmayəsi, bir fotoaparatdır
Və New York küçələrini gəzib, turistlərin marağını cəlb edəcək kadrların tam tərsinə axtarışa başlamış: Ən adi, ən sadə fotoşəkillər çəkmiş
İlk il içində 30 mindən çox fotoşəkil çəkərək bunları Shutterstock saytına yükləyən Oringer, müştəri çəkmək üçün Google Reklamlar kimi ucuz platformalara elan vermiş.
Oringer dönüş nöqtəsində isə artıq fotoşəkil sifarişlərini çatdıra bilmədiyi zamanın da gəldiyini ifadə edir.
Oringer bütün bunları New Yorkda, Manhattanda etmişdir. Kaliforniyadakı məşhur Silikon Vadisinə niyə getmədiyini belə açıqlayır:
"İnsanlar niyə hələ Silikon Vadisinə gedərək Shutterstocku təşəbbüskar bir modelə çevirmədiyini soruşmağa başlamışlar. Səbəblərdən biri, sərmayəyə ehtiyacım olmaması idi. "
Bir çox texnologiya şirkətinin əksinə Shutterstock xarici sərmayəyə qurulmamışdır. Oringerin etməsi lazım olan tək şey bir neçə min dollara bir kamera almaq və kiçik bir ofis qurmaq idi.
Əvvəllər fotoşəkil çəkməkdən,internet saytlarını hazırlamağa, hətta gələn telefonlara cavab verməyə qədər hər işə o baxırmış.
İşi böyüyən zaman da ilk aldığı işçilər fotoqraf deyil, mühəndis olmuşdur.
Xarici sərmayəçilərdən dəstək almadığı üçün həm idarənin tamamilə özündə qaldığını, həm də daha başdan mənfəət məqsədli bir strategiya  olduğunu söyləyir.
 
Sənətçilər də qazanır
Shutterstock bu anda 150-dən çox ölkədə 750 min istifadəçiyə fotoşəkil satır.
Shutterstock ötən il qanararını 117 % artıraraq, 47,5 milyon dollar əldə etdi.
Gələcəyi də parlaq görünür. Hal-hazırda ildə 4 milyon dollar gəlir əldə edən şirkət, 2016-da bu rəqəmi 6 milyard dollara çıxarmağı hədəfləyir.
40 mindən çox sənətçi, fotoşəkil və videolarını Shutterstock saytına yükləyir. İstifadəçilərin nə cür rəqəmsal məhsullar axtarışına, tələbələrinə dərhal cavab verə bilirlər.
Şirkət bu sənətçilərə 150 milyon dollardan çox ödəmə etdiklərini, eləcə də bəziləri üçün bunun  bütöv bir işə çevrildiyini söyləyir.
Bu qədər  müvəffəqiyyətə baxmayaraq Jon Oringer sərvətindən bəhs etməkdən xoşu gəlmir, mövzunu dəyişdirməyə çalışır.
Oringer universitetdə yazda aldıqı təcrübədən başqa heç daimi bir işə girməmiş. Amma etiraf da edir: "Yəqin artıq gerçək bir işim var."
 
Tərcümə etdi: Bəsti Mehralıyeva
 

ŞƏRH YAZIN