Tullantılardan Simfonik Orkestr Çıxdı

0
2713
Tullantılardan Simfonik Orkestr Çıxdı

Maddi imkansızlıq içində oxuyan Samsunun Asarcık rayonundakı qazan qapağı, un ələyi və bankalardan zərb alətləri düzəldib. Prezident Simfonik Orkestrinin keçirdiyi müsabiqəyə girəcək dərəcəyə girən tələbələrə konsert təklifləri gəlir.

Qatıq vedrəsi, su şüşəsi, banka, un ələyi və qazan qapağı…İlk baxışda hamısı tullantılara gedəcək materiallar kimi görünsə də, əslində onlar bir orkestrin alətləri. Necə ? Samsunun Asarcık rayonuna bağlı dağ kəndlərində yaşayan və köçürülmə sistemlə Materiallı Şəhid Niyazi Qaya Orta Məktəbində təhsil alan uşaqlar analarının zibilliyə atmağa hazırlaşdığı materiallardan baraban, darbuka və zəng düzəldib. Zərb Alətləri Xoru quran tələbələr bununla da kifayətlənməyib əldə düzəltdikləri musiqi alətləri ilə Prezident Simfonik Orkestrinin ölkə daxilində keçirdiyi "6. Zərb Alətləri Festivalı çərçivəsində keçirilən müsabiqəyə müraciət ediblər. 2 min nəfərin iştirak etdiyi və hər cür avadanlığa malik məktəblərin iştirak etdiyi yarışda Samsunlu uşaqlar üzlərini güldürəcək bir mükafat qazanmışlar. Artıq hər növ alətin olduğu bir musiqi otaqları var. Xoraya indi rayondakı bütün tədbir və təməl qoyma mərasimlərinə iştirak etmələri üçün təkliflər gəlir.
 
Müsabiqəyə qoşulmaq fikri məktəb direktoru Adəm İncinin fikri idi. Xorun qarşısında ən böyük maneə isə musiqi alətlərinin bahalılığı olub. Sponsor tapa bilməyən tələbələr televiziyada izlədikləri bir reklam filmindən ilham alaraq evlərində istifadə etdikləri materiallardan musiqi alətləri düzəltmişdirlər. "Asarcık Ritmi adını verdikləri bir də mahnı bəstələyən tələbələr müsabiqədə iştirak etməyə qərar verib. Su ilə dolu bankalardan qaşıq köməyi ilə mükəmməl bir məlahətli səs çıxaran 7-ci sinif şagirdi Mehmet Kırımlı, "İlk başlarda edə biləcəyimizə elə də çox inana bilmirdik . Amma bankalardan gözəl səslər çıxarmağa başlayanda inamımız artdı" deyir. Tələbələrin əldə etdiyi uğurlara qürurlandıqlarını deyən tələbələrdən birinin valideyni Fəhmi Korun, "Müəllimlərimiz onların uğurlu olması üçün çox mübarizə apardı. Əldə edilən  bu uğur ağılla gəlməyəcək bir şey idi. Bu günləri görə bilmiyəcəyik deyirdik, amma nail olduq" deyə danışdı.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN