Uduzdu, Uduzdu Və Bir Gün Prezident Oldu

0
11682
Uduzdu, Uduzdu Və Bir Gün Prezident Oldu

Avraam Linkoln yoxsul bir ailədə dünyaya gəlib.Üstəlik,ata-anası oxumaq-yazmaq da bilməyib.Onun ilk imtahanı 9 yaşında anasını itirməklə başlayıb.Bundan sonra o dəfələrlə işsiz qalıb.Bütün bunlarla yanaşı,övlad acısı da dadıb.Bəli,ağrı-acılar qarşısında Avraam Linkolnun ağladığı vaxtlar da olub.
Avraam nə vaxt həyatında bir maneə ilə qarşılaşsa,axşamlar tozlu cığırlarda,ağaclar və kollar arasında gəzməyi çox sevirdi.Gözündəki yaşları,ürəyindəki qubarları o ancaq bu cür boşaldıardi.Sonra isə yenə də əvvəlki əzminə,əvvəlki iradəsinə qayıdırdı.
Avraam həm çox ağıllı,həm də çox ədalətli bir insan olduğu üçün ətrafındakıların da tövsiyəsi ilə ilk dəfə konqres üzvlüyünə namizədliyini verir.Ancaq bütün cəhdlərinə baxmayaraq,seçkilərdə qalib gələ bilmir.O bu xəbəri teleqraf vasitəsi ilə alır və çox məyus olur.Artıq axşam düşmüş və yağış başlamışdı.Avraam astaca:
«Gecəniz xeyirə qalsın!» — deyərək teleqraf məntəqəsindən çıxır və tozlu-torpaqlı küçələrdə təkbaşına fikirli-fikirli gəzməyə başlayır.Elə bir az getmişdi ki,birdən ayağı büdrəyir və yıxılmaqdan özünü zorla saxlayır.Sonra da öz-özünə:
«Büdrədim,amma yıxılmadım!» — deyir.
Bəli,«Büdrədim,ancaq yıxılmadım!..»
Bu cümlə onun beynində bir ildırım kimi çaxır və elə oradaca öz-özünə:
«Elə isə, mübarizəyə davam!» — deyir.
Bundan sonra nə vaxt onun bir itkisi olsa,nə əzmini,nə də iradəsini itirir.Əzmini,iradəsini itirmədiyi üçün də bu itki ona bir qazanc kimi geri dönür.Əslində,aşağıda verdiyim qısa tarixcə elə bu əzmin,bu iradənin ifadəsidir...
-22 yaş — Avraam Linkoln Məclis seçkilərində uduzub.
-34 yaş — Avraam Linkoln Konqres seçkilərində məğlub olub.
-36 yaş — Avraam Linkoln yenə Konqres seçkilərində məğlubiyyətə uğrayıb.
-38 yaş — Avraam Linkoln Ştat seçkilərində uğursuzluğa məruz qalıb.
-45 yaş — Avraam Linkoln Senat seçkilərində uğursuzluğa düçar olub.
-47 yaş — Avraam Linkoln Prezident seçkilərindən məğlubiyyətlə ayrılıb.
-49 yaş — Avraam Linkoln yenə Senat seçkilərini məğlubiyyətlə başa vurub.
-Və 52 yaş — Avraam Linkoln ABŞ prezidenti olub. 

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN