Vedat Milorun Həyatının Sirri

0
2221
Vedat Milorun Həyatının Sirri

Yemək və şərab mütəxəssisi Vedat Milor, nə üçün bədbəxt bir uşaqlıq keçirdiyini, ögey atasının onu hansı səbəbdən qohumu kimi tanıtdığını və həyatının digər detallarını bütün səmimiyyətilə Hürriyyət Bazarda Ayşe Gerbinə danışdı.

Böyük maraq görən Milliyət yazıları və xüsusən NTV-də etdiyi proqramla çox insanın təqib etdiyi Milor, uşaqlığının hüznlü keçdiyini,onu nənəsinin(atasının anası) və babasının böyütdüyünü deyib.
 
"BƏDBƏXT BİR UŞAQLIQ KEÇİRMİŞƏM"
 
Anası və atası 5 yaşında boşanan yemək mütəxəssisi, onu nənəsinin böyütmə səbəbini belə izah etdi; "Anamla atam, mən 5 yaşındaykən boşanır. Atam, qadınları çox sevən biridir. Problem də bundadır. Sonradan da elə bir teatr sənətçisiylə evlənir. Anam o vaxt 26 yaşında, depressiyaya girir. Duyğusal olaraq mənə baxa biləcək vəziyyətdə deyil.Atam da Gül Gülgün Xanımla yaşayır. Mən ortada qalıram: Məni böyüdən nənəm olur".
 
Nənəsini və babanı itirəndə Qalatasarayda internat məktəbində oxumağa başlayan Milor, 16 yaşında atası və Gül Gülgün Xanımla yaşamağa başladı. Anası isə özündən gənc bir baş leytenant ilə evləndi. Anasının çox aşıq olduğunu, amma xoşbəxt olub olmadığnı heç vaxt biləmədiyini bildirən yemək mütəxəssisi, həyat yoldaşının işi görə davamlı Anadoluda gəzdiyini və nəticə olaraq anasının yenə ortalıqlarda olmadığını bütün səmimiyyətilə danışdı.
 
"ÖGEY ATAM MƏNİ MƏSUD YILMAZA QOHUMDU DEYƏ TANITDI"
 
Milor, söhbətdə anasını çox sevdiyini və onu üçün darıxdığını verdiyi cavablarla aydın hiss etdirir. Lakin ögey atasının siyasətə atıldıqdan sonra uşağı olduğunu kimsənin bilməsini istəməməsi, Milorun Türkiyədən qaçma səbəblərindən biri. Ana-oğul hekayəsinin sonu xoşbəxt olub olmadığını isə bu sözlərlə ifadə edir; "Anam heç vaxt xoşbəxt ola bilmədi, çünki istədiyi ailəni qurmadı. Bunları söyləməyim nə qədər doğru bilmirəm, amma ögey atam, siyasətə atıldıqdan sonra, anamın bir uşağının olduğunu da məlum olmasını istəmədi. Məni Məsud Yılmaza ‘anamın qardaşı oğlu’ kimi təqdim etdi. Bu da məni çox yaraladı. Bəlkə də xaricə qaçma səbəblərdən biri budur".
 
Anasının ögey atasına məhəbbətini qəbul edən Milor, "Nəticədə anamdı. Nə edə bilərəm ki? Və ögey atama aşiqdi, çox aşiqdi. Bir şey edə bilmirdi, çarəsiz qalırdı. Mübahisə edə bilməzdim çünki o anamı incidərdi, depressiyaya salardı. O üzdən heç bir zaman tam bir hesablaşma ola bilmədi. Uşaqlığımın ən xoşbəxt anları, ping pongda yaxşı oynayıb qazandığım vaxtlar, bir də anamla birlikdə yemək yediyimiz zamanlar idi. Amma əlbəttə ki, indi hər şey arxada qalıb, artıq həyatda deyil"? Sözləri ilə izah edir.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN