Wall Street-in nəhəng ayısı – Cessi Livermor

0
3061
Wall Street-in nəhəng ayısı – Cessi Livermor

Amerikal birja möhtəkiri Cessi Lauriston Livermor (1877-1940) “Dalğıc oğlan” ləqəbi ilə məşhur idi. Bu ləqəb Livermora ona görə verilmişdi, dalğıclar yüksək məsafədən böyük risk edib suya tullandıqları kimi Livermor da fond birjasında riskli əməliyyatlara qoşularaq pullar qazanırdı. Həmçinin onun “Wall Street-in nəhəng ayısı” ləqəbi də var idi. O fond birjasından dəfələrlə külli miqdarda pul qazanması, daha sonra isə bu pulları 1907 və 1929-cu illərin böhranları zamanı qısa satış metodundan istifadə edərək itirməsi ilə məşhurdur.


Cessi Livermor 26 iyul, 1877-ci ildə ABŞ, Massaçusets ştatı, Şrusberi şəhərində fermer ailəsində dünyaya gəlmişdi. Natamam orta təhsil alan Livermor riyaziyyatdan da cəmi 3 kurs keçmişdi. Daha sonralar isə cibində 5 dollarla “anasının razılığı” ilə evdən qaçmışdı. 14 yaşında Bostona gələrək Livermor şəxsi həyatını qurdu və Peyn Uebber adlı birja dəllalının köməkçisi oldu. Onun səlahiyyətlərinə birjada qiymətlərin statistikasını aparmaq və ofisin digər gündəlik işləri ilə məşğul olmaq daxil idi. Altı ay sonra isə Livermor artıq birjada öz ilk müqaviləsini həyata keçirdi.

Dəllalın köməkçisi işləyən Livermor gələcəkdə qiymətlərin artıb azalması barədə təxminlərini yazırdı və daha sonra isə dəllal onları yoxlayırdı. Onun yaxın dostlarından biri səhmlərə pul qoyuluşunu qəbul edən nizamnamə agentliyinə pul yatırmağı təklif etdi. Dostunun məsləhətini dinləyən Livermor 1000 dollar qazandı (günümüzdə isə bu 20 000 dollara bərabərdir). Növbəti bir neçə il ərzində də o səhmlərə pul yatırırdı. Davamlı olaraq qalib gəldiyinə görə agentliklərin bir çoxu ona qadağa qoymuşdu. Belə olduqda Livermor qanuni yollarla pul qazanmaq üçün Nyu-Yorka köçdü. Bütün bu yerdəyişmələr Livermora daha çox qazanmaq imkanları yaradırdı.

Cessi Livermor bütün həyatı boyu milyonlarla pul qazanmış və itirmişdir. Ən əhəmiyyətli gəlirini o 1907 və 1929-cu illərin birja böhranları zamanı qazanmışdı. Bu zaman o 3 milyon, daha sonra isə 100 milyon dollar qazanmışdı. Sonradan o bu iki məbləği itirsə də birjada işləmək qaydalarına sahib oldu.

Cessi Livermor 3 dəfə ailə həyatı qurmuşdu. İlk həyat yoldaşı Netti Cordan idi və onunla 1900-cü ildə 23 yaşında evlənmişdi. Bir il sonra Cessi maddi çətinliklə üzləşdi və yeni vəsaitlərə pul yatırtmaq üçün xanımından zinət əşyalarını satmağı tələb etdi. Lakin həyat yoldaşı bu təkliflə razılaşmadı və onların münasibətləri pozuldu. 1917-ci ilin oktyabrında onlar boşandılar. Livermor 1918-ci il, 2 dekabrda Doroti Uindt ilə evləndi. Bu zaman onun 41, həyat yoldaşının isə 18 yaşı var idi. Doroti Livermora Cessi və Pol adında iki oğlan övladı bəxş etdi. 1932-ci il 16 sentyabrda onlar da boşandılar.

Livermorun üçüncü həyat yoldaşı isə 38 yaşlı Harriet Meç Noubl oldu. Bu xanımın artıq beşinci evliliyi idi. Harrietin digər 4 əri də intihar edərək həyatlarına son vermişlər.

Livermor Nyu-Yorkda mənzillərə, dünyanın hər bir yerində köşklərə, limuzinlərə və yaxtalara sahib idi. Cessi Livermorun sərvətini dövrümüzdəki pullarla hesablasaq bu təxminən 1,3 milyard dollar edərdi.
 

ŞƏRH YAZIN