Xəyalaranızına Sahib Çıxın

0
2715
Xəyalaranızına Sahib Çıxın

Bu əhvalat, fermadan fermaya, yarışdan yarışa qaçaraq atları yarışlara hazırlayan bir at təlimçisindən və gənc oğlundan danışılır. Atasının işilərinə görə uşağın orta məktəbdə dəvamiyyəti zəifləyirdi. Orta məktəbdə ikinci sinifdə oxuyarkən müəllim, böyüdüyü zaman nə olmaq istədiyini haqqında bir inşa yazmasını istədi.

Uşaq bütün gecə oturub bunun üzərində işlədi və günlərin birində at fermasına sahib olmağı hədəflədiyini izah edən 7 səhifəlik bir inşa yazdı. Xəyalını ən incə detallarıyla izah etdi. Hətta xəyalındakı 200 hektarlıq fermanın  diaqramda vurğulanmışdır. Hətta binaların və qaçış yollarının yerlərini göstərdi.Diaqramda, 200 hektarlıq ərazinin üzərinə olacaq 1000 kvadrat metrlik evin detallı planını da əlavə etdi.
 
Növbəti gün müəlliminə təqdim etdiyi 7 səhifəlik ev tapşırıqı, tam onun ürəyincə idi. İki gün sonra müəllim tapşırığı geri verdi. Uşaq həyacanla nə qiymət alacağını gözləyirdi. O tez axrınçı səhifəni açdı.Kağızın üzərində qırmızı qələmlə yazılmış böyük bir "sıfır" və "dərsdən sonra məni gör" xəbərdarlığı var idi.
Uşaq müəllimdən maraqla soruşdu:
- Niyə "sıfır" aldım?
Müəllim:
- "Bu sənin yaşında bir uşaq üçün həqiqi olmayan bir xəyaldır"- dedi, pulun yoxdur. Kasib bir ailədən gəlirsən. Atanın daimi işi yoxdur. At fermasını qurmaq böyük vəsait  tələb edir. Əvvəl ərazini almaq lazımdır. Sonra damazlıq heyvanlar almaq lazımdır. Bunu bacarmağın qeyri-mümkündür. Əgər tapşırığını həqiqi hədəflər təyin etdikdən sonra yenidən yazsan, o zaman qiymətini yenidən nəzərdən keçirərəm.
- Uşaq evinə geri döndü, bir həftə düşündükdən sonra tapşırığını müəlliminə heç bir dəyişiklik etmədən geri qaytardı.
- Siz verdiyiniz qiyməti dəyişdirməyin, "mən də xəyallarımı" ... O, orta məktəbin 2-ci sinif şagirdi, bu gün 200 hektarlıq ərazi üzərində 1000 kvadrat metrlik evində oturur. İllər əvvəl yazdığı tapşırıq sobanın üzərində çərçivələnmiş olaraq asılıdır.
Həmin müəllim, keçən yaz 30 şagirdini bu fermaya düşərgə qurmağa gətirdi. Fermadan ayrılarkən keçmiş şagirdinə:
- Sənə indi söyləyə bilərəm. Mən sənin müəllimin ikən, sənin xəyalını oğramaq istədim. O illərdə şagirdlərimin bir çox xəyalını oğurladım. Çox şükür ki sən xəyalından imtina etməyəcək qədər inadkar idin 
 
Tərcume etdi: Besti Mehraliyeva

ŞƏRH YAZIN