Yeni Nəslin Öyrənməsində Aysberqin Görünməyən Tərəfi

0
1965
Yeni Nəslin Öyrənməsində Aysberqin Görünməyən Tərəfi

 

Dərslərimə qatılanlar və yaxın dostlarım doqquz ildir xüsusi gitara dərsləri verdiyimi bilirlər. Bu xüsusi dərslər yalnız yeni generasiyanı yaxından tanımamı təmin etməklə bərabər, eyni zamanda dəyişən öyrənmə formaları və gözləmələri mövzusunda da bir çox ipucu saxlayar. Yeni nəsil öyrənmənin görünməyən təsirindən və fərqindən bəhs edərkən də bu doqquz il içində qarşılaşdığım ən çətin lakin bir o qədər də maarifləndrici təcrübəmdən yola çıxaraq sizlərə çatmağa çalışacağam.

Bu yazını yazmadan bir il əvvəl işə başladığım şagirdim Arda 13 yaşında autizm diaqnozuyla və həyata tərtəmiz gözlərlə baxan bir cavandır. Danışa bilmədiyi üçün istək və çətinliklərini dilə gətirə və bu görə də arada hirslənir, lakin ürəyi sevgi doludur. Ailəsi, Ardanın bütün gün gitara videoları izlədiyi üçün  onu gitara dərslərinə yazdırırlar və məncə ona edə biləcəkləri ən gözəl töhfəni edirlər. Çünki hələlik Arda artıq bir il əvvəl tanış olduğumuz Arda deyil.
 
Gitaranım necə çalır desəniz, bir il sonunda ancaq yeni il melodiyasını ifa edəcək səviyyəyə gəldik, lakin bu yalnız aysberqin görünən üzüdür. Aysberqin görünməyən hissəsində isə, xəstəliyindən ötəri nələrisə  etmə kamalı məhdud olan bir cavanın incə mühərrik fəaliyyətlərini başdan proqramlaya bilecək qədər dayanıqlılıq, əmək, səbir və istək göstərməsi var. Və təxmin edərsiniz ki bu qədər əmək və dayanıqlılıq göstərən birinin şəxsiyyəti də artıq bu işə ilk başladığı zamandan çox fərqlidir.
 
Yaxşı, deyəcəksiniz ki Ardanın fərdi inkişafının Yeni Nəsil Korporativ Öyrənmə ilə necə bir əlaqəsi var?
Bənzərlik,eynilə aysberqin görünməyən üzü olan Ardanın xarakterindəki dəyişiklik  kimi, iştirakçıların da yeni nəsil pedaqoqun yaratdığı səmimi öyrənmə platformasının içində müştəri təcrübəsi və insan mərkəzli liderlik ünsürləri haqqında qalıcı bir yaddaş əldə edə bilmələrində yatır.
 
Bir təhsildə deyilənlərin 80% nin ilk 24 saat içində unudulduğunu və təhsil həyatımıza dair ağlımızda qalan ən diqqətə çarpan şeylərin, öyrəndiklərimiz deyil də, fərq yaradan və ilham verən müəllimlərimiz olduğunu düşünsək, bir hazırlaşan aysberqin görünməyən üzünün əhəmiyyəti çox daha dəqiq ortaya çıxır.
 
Hər cür məlumata internetdən və kitablardan çatırıla bilən indiki vaxtda buz dağının görünən üzü olan məlumat keyfiyyətinin yanında, iştirakçı (insan) mərkəzli bir təhsil platforması yaratmaq və yadda qalıcı bir xidmət nümunəsi təqdim etmək, yeni nəsil bir pedaqoqun əsl vəzifəsidir.
 
Lakin bu dəyişmə əsasən pedaqoqun işini asanlaşdırmır; əksinə çətinləşdirir. Çünki təhsil əsnasında iştirakçının bu qədər aktiv bir rol oynamasını təmin etmək üçün pedaqoqun aradan qaldırması lazım olan filtrlər, divarlar və qavrayış linzaları var. Buna müvəffəq olmaq üçünsə iştirakçılar öz arasındakı məsafələri idarəli bir şəkildə azaltması lazımdır; verilmək istənilən mesaja sadiq qalaraq və mövzunu dağıtmadan çatdırmaq lazımdır.
Eynilə idarəçi davranışlarının işçilərin davrandıqlarını təsir etdiyi kimi, yeni nəsil pedaqoq də yalnız məlumat verməyin kənarına keçir və bir xidmətin necə köçürülməsi lazım olduğu ilə əlaqədar bir rol model şəxsiyyəti boynuna götürür.
Pakistanda qız uşaqlarının təhsili üçün verdiyi mübarizə səbəbindən 2011-ci ildə Milli Sülh mükafatına və 2014-cü ildə Nobel Sülh mükafatına layiq görülən Malalanın söylədiyi kimi "Bir uşaq, bir müəllim, bir kitab və bir qələm bütün dünyanı dəyişdirə bilər"; yalnız aysberqin görünən üzü olan məlumatı ilə deyil, görünməyən üzü olan səmimiyyəti, dayanıqlılığı və şəxsiyyəti ilə də.
 
Və bu xidmətin sonunda əldə etdiyiniz geri çevrilmələr isə hər şeydən daha qiymətlidir. Eynilə Ardanın sevdiyi insanların adını kağıza yazarkən sizin də adınızı oraya əlavə etməsi  kimi ...
 
 
 
 
Tərcümə etdi: Bəsti Mehralıyeva
 

ŞƏRH YAZIN