Müvəffəqiyyət Yolunda Fərdi İnkişaf Maneələri

0
2085
 Müvəffəqiyyət Yolunda Fərdi İnkişaf Maneələri

Universitet illərində fərdi inkişafınıza mane ola biləcək zəncirlər. Universitet illəri fərdi inkişafınız üçün çox vacib zaman dilimidir.

Bu dövrü əlverişli keçirməyiniz karyera inkişafınıza böyük bir töhfə verərkən, boş keçirməyiniz də qızıl qiymətindəki illərinizin boşa getməsinə səbəb olacaqdır.
 
Bəs bu illəri haqqı ilə dəyərləndirə bilməməyimizin əsas səbəbləri nələrdir?
 
1- Düzgün ixtisas seçməməyin səbəb olduğu motivasiya əksikliyi:
 
Əgər oxuduğunuz sahəni kifayət qədər sevmirsinizsə, o sahədə irəliləməyiniz həqiqətən çox çətindir. Əslində bu problemin əsası məktəb illərinə əsaslanır.Məktəbdə keçirilən  səhv bölgü seçimi səhv ixtisas seçimini, səhv ixtisas seçimi də təbii olaraq "dadsız- duzsuz" bir universitet həyatına səbəb olur. Əgər oxuduğunuz fakültənin sizə uyğun gəlmədiyindən əminsinizsə və universitetinizin dəhlizlərində özünüzü  boğulurmuş kimi hiss edirsinizsə ixtisasınızı dəyişdirmək üçün gərəkən cəsarəti göstərməlisiniz. Bu mənada 1 və ya 2 il itirməyin sizə verəcəyi əzab, həyatınız boyu sevmədiyiniz bir işi görməkdən ötrü hiss edəcəyiniz acı qədər çox olmaya bilər.
 
2- Plansız və dağınıq oxumaq:
 
Xüsusilə maraq dairəsi çox geniş olan tələbələrdə bu problem müşahidə olunur.Demək olarki hər sahə üzrə rast gələ oxuyan və "hər şeydən az da olsa bir şey bilən" bu tələbələr öz sahələrində heç cür dərinləşə bilməzlər. Halbuki kitab oxumağı bir süfrəyə bənzətsək baş menyuda sizin əksəriyyətinizlə bağlı əsas mənbələr olmalıdır. Əlbəttə ki, süfrənizin zənginliyinə bağlı olaraq maraq duyduğunuz digər sahələrə dair kitablar da oxuya bilərsiniz. Lakin bu vəziyyət ixtisasınızla bağlı mənbələrin önünə keçməməlidir. Sizcə, öz sahəsində olduqca az bir məlumata malik olan biyoloqun, çox geniş bir tarix biliyinə malik olması ona bir şey qazandırarmı?
 
3- Mənfi dostların təsiri:
 
Universitet həyatını sanki, əyləncədən ibarətmiş kimi görən hədəfsiz və məsuliyyətsiz yoldaş qrupunuzun olması şəxsi inkişafınız üçün böyük bir maneədir. Bununla yanaşı, ideoloji fikirlərini bir mərəz halına gətirən marginal qrupların da bu mənada olduqca dağıdıcı təsiri olur. Unutmamalısınız ki, universitet illəriniz elm və mədəniyyətə verilənləri və gələcəyinizi formalaşdırdığınız əhəmiyyətli bir barmaqlıqdır. Bu dövr heç vaxt şüarlar ataraq və ya etiraz aksiyaları keçirərək keçiriləcək qədər asand və xəstəlikli bir dövr deyil.
 
4- Böyük düşünməmək:
 
Bu bir üfüq məsələsidir. Gələcəkdə sizi həyəcanlandıracaq bir xəyalınızın olmaması, universitet həyatını yalnız "orta məktəbin davamı olan təbii bir proses" olaraq qəbul etməyiniz və peşənizdə irəliləyişi düşünməməyiniz yerinizdə saymanıza səbəb olacaqdır. Bundan xilas olmaq üçün ekran sahibi insanlarla fikir mübadiləsi aparmağınız sizin üçün çox faydalı olacaqdır.
 
5- Mükəmməlliyətçilik düşüncəsi:
 
"Sahəmdə irəli gedəcəmsə əgər hər şeyimlə özümü bu işə verməliyəm. Buna edə bilməyəcəyimə görə özümü zorlamama ehtiyac yoxdur" fikri də universitet tələbələrini birləşdirən maraqlı bir fikir zənciridir. Halbuki "bir şey tamamilə əldə edilməzsə tamamilə tərk edilməməlidir". Öz sahəmizin "ustadı" olmaya bilərik, amma ən azından ixtisasımızın haqqını verməyimiz lazım deyil mi?
 
6- Tənbəllik:
 
İçində olduğunuz şərtlər nə qədər yaxşı olursa olsun əgər tənbəl bir quruluşunuz varsa böyük bir probleminiz var deməkdir. Tənbəllik edərək universitet günlərini boşa keçirən bəzi tələbələr "Bu ili yaxşı istifadə etmədim, amma gələn il çox işləyəcəyəm" deyir. Amma çox vaxt bu gecikdirmələrin sonu gəlməz. Və bir də baxmısınız ki universitetdən məzun olursunuz. Amma məsuliyyətinizi yerinə yetirməməyin verdiyi vicdan əzabıyla…
 
7- Fürsətləri yaxşı dəyərləndirə bilməmək:
 
Universitet həyatınız boyu şəxsi inkişafınız üçün bir çox fürsət ayağınıza qədər gəlir. Bu fürsətləri qaçırmağınız da sizin üçün böyük bir itki olacaqdır. Məsələn,ixtisasınızla bağlı keçirilən iclas, seminar və kursları qaçırmamalı və günümüzün reallıqları olan xarici dil və kompüter parametrlərini də heç vaxt etinasızlıq göstərməməlisiniz. Həmçinin universitetinizdəki digər  ixtisas və kafedra proqramlarına fürsət gözüylə baxmalısınız. Bununla yanaşı digər savadlı ixtisas   müəllimlərinizdən kifayət qədər istifadə etməməyiniz və onların dərsindən yalnız "50 almaqla" kifayətlənməyiniz də olduqca yanlış bir mövqedir.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN