32 Milyard Varidat, Maykl Cekson Və Bill Qeytslə Ortaq İş Və Bakıda Biznes

0
7676
32 Milyard Varidat, Maykl Cekson Və Bill Qeytslə Ortaq İş Və Bakıda Biznes

Təcrübə yaş gedərkən aldığımız dərslərdir. Bu yazımızda 50 yaşlı bir adamın gənclərə təcrübə və tövsiyələrini oxuyacaqsınız. Hər bir tövsiyəni diqqətli oxuyub, üzərində düşünmənizi tövsiyə edirəm.
 
1.Təcrübə, hər cür maddiyyatdan daha dəyərlidir".
 
2."Həyatınızda edəcəyiniz ən vacib karyera seçimi,evlənəcəyiniz insanı seçməkdir".
 
3."Bu mövzudakı bütün elmi işləri bir kənara qoyaraq deyə bilərəm ki, doqquz saatlıq bir yuxu çox əhəmiyyətlidir".
 
4."Yeyib içdiklərinizə diqqət edin və hər keçən il payınızı bir qədər kiçildin. Yaş irəlilədikcə nə qədər idman etsəniz edin bir faydası olmur".
 
5."İnsanların sizin haqqınızda nə düşündüyünü əhəmiyyət verməmək üçün səy göstərin. Bu, mənim üçün hələ də çox çətindir, amma öyrənirəm".
 
6."Qəzəb əslində real bir hiss deyil; Onu yaradan qorxudur. Hirslənmədən əvvəl sizi qorxudan şeyin nə olduğunu düşünün".
 
7."Hər beş ildə bir həyatınızda radikal dəyişikliklər edin. Əks halda həyat olduqca sıxıcı ola bilir".
 
8."Hər gün yaradıcılığınıza müəyyən bir vaxt ayırın. Yaradıcılıq bir əzələ kimidir və onu inkişaf etdirməyiniz lazımdır. İlham isə içi boş sözdən ibarətdir".
 
9."Minnətdarlıq və şikayət etmək/günahlandırmaq kimi vəziyyətlər bir insanda eyni anda ola bilməz.Hansını əks etdirmək istədiyinizi seçin".
 
10."Oxumaq, bir həyata sığışdıra bilməyəcəyiniz qədər təcrübə öyrənmənizi mümkün edir. Bol-bol oxuyun".
 
11."Həyatda ən çox etmək istədiyiniz 20 şeyi sadalayın və sizin üçün ən mühüm olan 5 dənəsini bunlardan ayırın. Daha sonra qalan 15-ni zibilə atın və unudun; Çünki onlar sizdə ancaq fikir qarışıqlığı yarada bilər".
 
12."Uğurun%99u çalışmaq,%1i isə qabiliyyətdir.İstedadı partladan gücdüsə əgər, çalışmaq benzindir".
 
13."Tez-tez komediya izləyin; Hətta imkanınız varsa, hər gün izləyin. Çünki gülməyin xəstəlikləri sağaldan bir gücü vardır".
 
14."Axarına buraxmağı bilin. Bütün problemlərinizi bu gün həll etməyə çalışmayın".
 
15."Nə qədər az şeyə sahib olsanız, o qədər az şey sizə sahib olar".
 
16."Sizdən nifrət etdiyini bildiyiniz insanlarla qarşılaşdıqda onlara baxın, əllərini sıxın və səmimi bir təbəssümlə qarşılıq verin".
 
17."Kobudluq etmək insana heç bir zaman heç bir şey qazandırmaz. Qarşınızdakıları başa düşməyə çalışın və istədikləri hər nə olursa olsun buna nail olacaqlarını deyin".
 
18.Hər gün nizamlı şəkildə qaçmağa çalışın.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN