Biznesinizi Uğurlu Və Xoşbəxt Qurun!

0
1769
Biznesinizi Uğurlu Və Xoşbəxt Qurun!

Uğur qazanmaq sahibkar və ya biznesmendən daha çox onların əli altında çalışan işçilərin əzmindən, bacarığından asılı olur. Hər kəsin birlikdə səyi və bir neçə taktikalarla uğur qazanmaq mümkündür. O zaman uğuru necə əldə etmək üçün nə etməli? Oxuyaq. 

1. İşində motivasiyalı ol. Müvəffəqiyyətin açarı motivasiyadır.

İnsanın özünə verdiyi motivasiyalar insana enerji verən mənbədir. Digərləri isə insanlar, yerlər və mühitdir. Məsələn, sistem analizçisinin komanda ilə uğurlu işi onun motivasiyasını davamlı edən açardır. Lakin müdiri və iş yoldaşlarının və ya işlədiyi mühitin ona qarşı olduğunu hiss edərsə, bu insan hər üç və ya dörd ildə bir karyerasında dəyişiklik edər və hər yeni işdə özünü daha enerjili hiss edər.
 
2. Uğur qazanmaq istiyirsənsə, çox çalışmalısan.

Hər hansı bir kiçik fərq yaratmaq üçün belə öncədən hazırlıq görmək və çox çalışmaq lazımdır. Bill Qeyts uğur əldə etməmişdən öncə kompüter qurdu, Maykl Cordan çox böyük basketbolçu olmamışdan öncə məktəbdə çalışqan bir idmançı idi. Bu, hər iki insan çox varlıdırlar və onlar nə çox işləməkdən, nə də uğursuzluqdan çəkinmədilər. Ehtiras uğurun içində bir amildir, lakin təkcə ehtiras kifayət deyil. Ciddiyə alınmayan yuxular, xəyallarının geçəkləşməməsi və ya layiq olduğu halda uğur qazana bilməmək hissi uğura gedən yolun maneələridir. Hər hansısa bir investisiya, zaman və pul xərcləmədən bir dəfəlik mükafatı qazanmaq gözəldir, ancaq bir mütəxəssisin dediyi kimi “suyun üstündə gəzmək bir gündə öyrənilməz”. Hər gün kiçik qazanclar və ya mükafatlar əldə etmək böyük mükafatları hədəfləməkdən daha doğru olacaqdır.

3. Xəyal qur və arxasınca get.

Missiyalar mükəmməlliyə gedən yolun dəyərləridir. Zirvəyə çıxanların iş həyatlarında onları fərqli edən ünsürlər araşdırıldığında onların hamısında xəyallarının istiqamətində getmək və xəyallarına inanmaq əsas amil olmuşdur.

4.Özünü və qabiliyyətlərini təqdir et.

“Multiple İntelligences” müxtəlif intelektlər mövzusunda aparılan araşdırmalar insan potensialını daha yaxşı anlamağı asanlaşdırmışdır. Bir çox bacarıqlı insanlar sahib olduqları bütün qabiliyyətlərdən istifadə etmirlər, ancaq bacarıqları ortaya çıxarmağa qərar versələr irəlidəki karyera yollarına böyük təsir edə bilərlər.
 
Korrektor: Abdullazadə Sevinc 

ŞƏRH YAZIN