Bu Davranışlar Uğurunuza Mane Olur!

0
2420
Bu Davranışlar Uğurunuza Mane Olur!

Arzuladığı uğura nail olmayan çox insan var. Bəs heç düşünmüsünüzmü, uğursuzluğa səbəb nədir? Mən deyim, səbəb onların davranışlarıdır. Bu davranışları davam etdirdikləri müddətcə müvəffəqiyyətli olma şansları yoxdur. Bu davranışlar aşağıdakılardır:
1) Kifayət qədər çalışmamaq: İşinə yaxşı konsentrə olub nizamlı və məhsuldar işləmək müvəffəqiyyətli olmaq üçün əsas qaydadır. Kifayət qədər işdən müvəffəqiyyətli olmağı gözləmək xəyalpərəstlikdir. İşləmədən uğur gözləmək xəyal qurmaqdan başqa bir şey deyil.
2) Özünü olduğundan artıq görmək: Hazırkı vəzifələrini özlərinə yaraşdırmayıb, daha yüksək vəzifəyə layiq olduqlarını düşünmək, lakin bunun üçün heç bir cəhd göstərməmək. Bu tip insanlar unudurlar ki, o vəzifəni əldə edə bilmək üçün mövcud işi layiqincə yerinə yetirmək lazımdır.
3) Dedi-qodu eləmək: İş yerində dedi-qodu eləyib başqa insanları pisləmək həm öz motivasiyasını pozar, həm də qrup bütövlüyünə zərər verər.
4) Hər şeyi bildiyini sanmaq: Hər şeyi bildiklərini zənn edib, heç kimi dinləmədikləri üçün eyni səhvləri təkrarlayırlar. 
5) Sabit fikirli olmaq: Sabit fikirli insanlar başqa fikirləri qəbul edib fikirlərini dəyişdirməzlər. Bu da onların inkişafına mane olar.
6) İşləri yarımçıq qoymaq: Edilməsi lazım olan işləri yarımçıq qoymaq, ya da təxirə salmaq o işlərin yox olmasını təmin etməz, yığılmasına və gələcəkdə mane olmasına səbəb olar.


 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN