Franklin Piramidası

0
4388
Franklin Piramidası

Benjamin Franklinin 20 yaşı olanda  “Məqsədlərə nail olmaq” planı hazırlamışdı.Daha sonradan isə ömrü boyu hər bir günü dəqiqliklə planlaşdıraraq bu plana riayət etmişdir.
Onun “Məqsədlərə nail olmaq” planı “Franklin piramidası” adlanır və tərkib etibarilə aşağıdakılardan ibarətdir:

Piramidanın bünövrəsi əsas həyati dəyərlərdir.Bu bir mənada “Bu dünyaya hansı missiya üçün gəlmisiniz?Özünüzdən sonra dünyada nə kimi iz qoymaq istəyirsiniz?”suallarına cavab qismində çıxış edir.Lakin bu həyat planının baş tutmayacağı və dünyada yalnız 1% insanın özünə bu sualları verdiyi güman edilir.
Həyati dəyərlərə əsaslanaraq hər bir insan qarşısına bəşəri məqsəd qoyur.O bu həyatda kim olmaq istəyir,nəyə nail olmağı planlaşdırır?

Məqsədlərə nail olmağın əsas planı – bəşəri məqsədə doğru gedən yolda müəyyən kiçik məqsədləri birləşdirməkdir.
1, 3, 5 il üçün nəzərdə tutulmuş plan uzun müddətli hesab olunur.Burada məqsədin dəqiq reallaşma müddətini müəyyən etmək vacibdir.
Bir ay,yaxud 1 həftəlik plan isə qısa müddətli plan adlanır.Plan nə qədər yaxşı düşünülmüş olarsa, onu daha yaxşı təhlil və düzəliş edə bilərsiniz.Bu işinizin daha effektiv olmasına gətirib çıxaracaq.

“Məqsədlərə nail olmaq” planında sonuncu pillə – hər gün üçün nəzərdə tutulmuş planlardır.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN