İnancı bəsləmək və inancı inkişaf etdirmək üçün mühitin mühüm bir faktor olduğunu bilirik.Ətraf inancları dəyişdirən çox mühüm bir amildir.Sözgəlişi bir müharibə sahəsində böyüyən bir uşaq silah istifadə etməyi və insanları öldürməyi öyrənir. Bu işi hər kəs etdiyi üçün bu iş ona asan gəlməyə başlayır. Suriyada böyüyən uşaqlar ilə İsveçdə böyüyən həm yaşıd uşaqların inancları və dünya görüşləri arasında uçurumlar var. Bu da bizlərə mühitin inanca təsirinin böyüklüyünü göstərir.
İnancı bəsləmək üçün ətraf mühitdən faydalanırıq. Yaxşı inanclara sahib olmaq üçün yaxşı bir ətraf mühitə ehtiyacımız var. Ətrafımız pisdisə biz də böyük ehtimalla bundan təsirlənərik. Bir işi bacarmaq üçün o işi bacaranların olduğu bir mühit işimizi asanlaşdırır. İnanclarımız həyatımızı idarə etdiyinə görə onları bəsləmək lazımdır. İnancları bəsləməyin ən yaxşı yolu isə məqsədimizə uyğun bir mühit yaratmaqdır. Və o mühitin inanclarından qidalanmaqdır. İkinci olaraq inancları bəsləmək üçün lazımlı yol məlumat əldə etmə qabiliyyətidir.
Məlumat əldə etmək günümüzdə çox asanlaşdı. Məqsədinizə və uğur əldə etmək istədiyiniz yolda ilham mənbəyiniz olacaq inancları bəsləmək üçün məlumat əldə edin. İşinizə yarayan məlumat çox dəyərlidir.
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI