Kütlə Önündə Çıxış Etməkdən Kim Qorxur?

0
5070
Kütlə Önündə Çıxış Etməkdən Kim Qorxur?

İzdiham qarşısında dizləriniz titrəyir? Bilin ki, tək deyilsiniz! Kütlələr qarşısında çıxış etməyin incəliklərini öyrənmək qulaq asanların sizə heyran olmasını təmin edəcək. Necə məgər…

Çıxış Eksperti Olun
 
Ancaq bu hissə qalib gəlmək və qarşınızdakıları özünüzə heyran etmək əslində o qədər də çətin deyil. Yalnız bəzi qızıl qaydaları bilmək yetərli…Söhbət zamanı bunlara diqqət edin:
 
1.Söyləyəcəklərinizi müəyyən edin
 
Ağlınızdakını müəyyən başlıqlar halında bir kağızda yekunlaşdırın və o nöqtələrə cəmləşərək nitqinizi inkişaf etdirin.Qeydlərinizi tək baxışda oxunacaq qədər böyük yazmağa çalışın və tək bir zamanda 3 şeyi punktlar üzrə sadalayın. Sözləri qalın hərflərlə və fərqli rənglərlə yazın ki, yaddaşınıza anında təkan versin. Əmin olun ki, əslində heç ehtiyacınız olmayacaq; Amma orada olduğunu bilmək belə almağınıza kifayətdir. Bundan başqa, kilid nöqtələri bir çox dəfə təkrar etməkdən çəkinməyin. Beləliklə hər kəsin o nöqtələr üzərində düşünməsini təmin etmiş olarsınız.
 
2.Sözbəsöz oxumayın
 
Dünyada çox az insan yüksək səslə uğurlu oxuma edə bilər. Əgər xəbər diktoru, ya da siyasətçiysəniz o zaman başqa təbii ki. Bu üzdən sözbəsöz oxumağı buraxın.
 
3.Özünüzə güvənin
 
Çox ağıllısınız,elə deyilmi? Nə haqqında danışdığınızdan da xəbəriniz var. O halda sadəcə qarşınızda tək bir insan varmış kimi özünüzü sərbəst buraxın və danışın. Tamaşaçı birliyinin nə böyüklükdə olduğunun əhəmiyyəti yoxdur. Qarşısında danışdığınız bütün o izdiham əslində “tək” nəfərdən ibarətdir. Onları tək-tək fərdlər halında qəbul edin, böyük bir kütlə deyil. Gözünüzün qarşısında böyüməsinə imkan verməyin.
 
4.Göz təması qurun
 
Şəxsi inkişaf seminarlarındakı sözlər kimi qulağa çox şablon gəldiyini bilirik; Ancaq əmin olun işə yarayır. Qura biləcəyiniz qədər çox adamla göz təması qurun. İki nöqtəyi ağlınızdan çıxarın. Gözləriniz hər hansı bir adama uzun müddət ilişib qalmasın.Amma tək bir adama gözünüzün ilişməməyi üçün də gözləriniz otaqda saatlarca dönməsin. Məqsədiniz bir neçə söz tələffüz etməyə yetəcək qədər bir müddətdə baxışları tutmaq olmalıdır.
 
5.Nəfəs alın
 
Göz təmasını həqiqətən şablon kimi başa düşdünüzsə, nəfəs almaq yaxşıca sıradan gələ bilər. Ancaq bu davamlı təkrarlayıb yaddan çıxartmamaq üçün lazım olan bir mövzu əslində. Narahatlığa bədəninizin verəcəyi ilk təbii cavab nəfəs tutmaq olacaq. Etməməlisiniz. Çünki o zaman sözlər sürətlə ağzınızdan  çıxar, ürəyiniz sürətlə çırpınar, tərləməyə başlayar və baş fırlanması hiss edərsiniz. Bunların hamısı həqiqət…Təbii ki çıxış öncəsi yoqa edin demirik; Amma hər cümlənin sonunda nəfəs almağa etinasızlıq göstərməyin kifayətdir. Bu sadəcə fiziki olaraq özünüzü yaxşı hiss etdirməz, eyni zamanda bir ritm yaratmanızı və özünüzü sakitləşdirib yavaşlamağınıza da kömək olar. Yavaş olmağın icma qarşısındakı çıxışda daha yaxşı olduğunu özünüzə xatırladın.
 
6.Qısa bir ara verin
 
Qayda olaraq, hekayə izah edəcəksinizsə 1 dəqiqə keçməməsinə cəhd edin. Əgər daha uzun davam edərsə mürəkkəbləşər və tamaşaçıların diqqəti dağılar. Hər nöqtədən sonra 1 saniyə susun: İcma içindəki “ımıldamalar”a mane olmağın yeganə yolu budur. Beləliklə, həm həqiqi mənada nəzarəti ələ almış olarsınız, həm də hər kəs bir sonrakı sözünüzün nə olacağı ilə maraqlanar. Təbii ki o söz “ımmm” olmadığı müddətcə.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN