Karlos Slim kimdir? Əvvəl onu yaxından tanıyaq. Meksikalı biznesmendir. “Forbes” jurnalının 2-3 il öncə açıqladığı siyahıda Karlos Slim 3-cü yerdə qərarlaşmışdı. Bir ildə onun varidatı 19 miyard dollar artmağa müvəffəq olub. “Telmex”, “America Movil”, “Grupo Carso” kimi şirkətlər meksikalı biznesmenə məxsusdur. Karlos Slimin belə yüksək pillədə mövqe tutması Latın Amerikası regionunda nəhəng “America Movil” şanvarı rabitə operatorunun səhmlərinin qiymətinin artması nəticəsində olub. 67 yaşlı Karlos Slimin varidatı 67,8 milyard dollar təşkil edir.
Mən nəyisə etməyə qərar verəndə bunu dərhal, çox tez edirəm.
Böhran vaxtı hamı aktivlərdən qurtulmağa çalışanda, mən əksinə yeni aktivlər alırdım.
Vaxtımın çox hissəsini yeni texnologiyaların öyrənilməsinə həsr edirəm Mən bilməliyəm ki, dünyada nə baş verir və bundan istifadə edərək, necə qazanmaq olar.
Yoxsulluq artım üçün ən münbit şərait, ən yaxşı ortamdır. Öz ölkəmi yoxsulluq içərsindən çıxarmaq mənim həyatımın ən başlıca investisiyasıdır.
Zənginlik elə bir tarladır ki, burada siz aldığınız bəhrəni paylaşmalısınız, quru bitkiləri deyil.
Həyatının hətta ən rahat dövründə belə artıq dəbdəbədən uzaq ol, çünki bu sənin stabilliyini təmin edəcək, özü də ən çətin dönəmlərdə.
Kompromis və məsuliyyət – uğurlu biznesin ən başlıca sütunlarıdır.
Mənim hədəfim pul deyil. Mən öz kollektivim ilə vəhdət təşkil edən uğurlu kompaniyalar yaratmağa can atıram.
Mənim reputasiyam məni narahat etmir. Əgər siz başqalarının fikri ilə yaşayırsınızsa, siz ölüsünüz.
Mənim ömrümün qalan hissəsini törəmələrimin haqqımda nə söyləyəcəyi fikri ilə yaşamaq niyyətində deyiləm.
Bir çox insanlar öz uşaqlarından ötrü dünyanı yaxşıya doğru dəyişmək istəyirlər, Mən isə öz uşaqlarımı dəyişmək istəyirəm ki, onlar dünyaya daha yaxşı xidmət etsinlər.
Korrektor: Abdullazadə Sevinc