Ralph Waldo Emerson görə uğur

0
5403
Ralph Waldo Emerson görə uğur

Uğur deyəndə ağlımıza fərqli şeylər gəlir. Bəzi insanlara görə uğur, yaxşı maddi gəliri olan iş, büyük bir ev və ya lüks bir maşındır. Əslində bunlar uğurlu biri olmağın tərifi ola bilməz. Ralph Waldo Emerson uğuru belə izah edir:

UĞUR:

Tez-tez gülmək və sevinməkdir;

Ağıllı insanların və uşaqların sevgisini qazanmaqdır;

Dürüst tənqidləri qəbul etməkdir;

Saxta dostların arxadan vurduqları zərbəyə dözməkdir;

Gözəl olan hər şeyi sevməkdir;

Hər kəsin yaxşı tərəflərini tapmaqdır;

Qarşılığını gözləmədən yaxşılıq etməkdir;

Zaman-zaman öz sosyal durumunu unudaraq, başqalarının sosial vəziyyətində bir rol oynaya bilməkdir;

Ürəyincə əylənmək və gülməkdir;

Ürəyindən gələn, özünü ifadə edə biləcəyin mahnını oxuya bilməkdir;

Tək bir nəfərdə olsa belə, sizin varlığınızın onun daha rahat nəfəs almağına səbəb olduğunu bilməkdir.

Əgər bunlar sizdə varsa siz uğurlu insansınız…

ŞƏRH YAZIN