Sizi Uğura Aparan 20 Vərdiş

0
4696
Sizi Uğura Aparan 20 Vərdiş

1. Uğuru dollarla yox, öz xoşbəxtliyiniz ilə ölçün.

Siz həyatda qazandıqlarınızı pulla ölçsəniz, heç zaman xoşbəxt olmayacaqsınız. Bu, sonu olmayan bir qaçış olacaq, siz daima çoxunu istəyəcəksiniz və qazandıqlarnızı görməyəcəksiniz. Uğurunuzu nə qədər xoşbəxt olduğunuz ilə ölçün. Nə qədər xoşbəxtsinizsə, bir o qədər uğurlusunuz. Uğurunuzu xoşbəxtlik ilə ölçmək vərdişini inkişaf etdirin.

2. İşləməzdən öncə oxuyun.

Yaxşı kitab beynin inkişafını gücləndirir və beyində yeni ideyalar yaradır. Günün əvvəlində və gün ərzində 30 dəqiqə kitab oxuyun.

3. Hər gün eyni vaxtda oyanın.

Hər gün eyni saatda oyanmağınız, gününüzü rejimə salmağınız sizi gün boyu daha enerjili və gümrah edəcək.

4. Hər zaman görməli olduğunuz işləri başa çatdırın.

Günün əvvəlində bu gün görəcəyiniz işləri düşünün və günün sonuna qədər mütləq onların hamısını etməyə çalışın. “Bu günün işini sabaha qoymayın”. İşlərinizi vaxtlı-vaxtında yerinə yetirsəniz, uğur hər zaman yanınızda olacaq.

5. Görməli işlərlərdən ibarət siyahını qısa və konkret şəkildə hazırlayın.

Gün ərzində görməli olduğunuz işlərin siyahısını hazırlayarkən maksimum lokonik olmağa çalışın. Ən vacib işləri yazın və ilk növbədə onları həyata keçirməyə çalışın, daha sonra isə digər işlərinizi də görə bilərsiniz.

6. Özünüz üçün iki jurnal tutun.

Bir jurnalınız işləriniz, planlarınız və görməli olduğunuz işlər üçün olsun. Digər birinə isə arzularınızı, hədəflərinizi, qazanmaq istədiklərinizi yazın. Unutmayın ki, yazılmamış arzu, arzu olaraq qalır. 

7. Hər şeyi ölçüb-biçin.

Qarşınıza qoyduğunuz hər məqsəd haqqında düşünün. Onun üçün nə edəcəyinizi özünüz üçün müəyyənləşdirin. 

8. 90 dəqiqəlik iş seansını gözləyin.

Əslində, hər kəs dediyi qədər çox işləmir. Facebook, Twitter, telefon zəngləri kimi işdən yayındıran amillər onları əsas məsələdən yayındırır. İşinizi 90 dəqiqəlik seanslara bölün. Vaxtı ölçün, 90 dəqiqə yalnız və yalnız fikrinizi işə cəmləyin və bundan sonra bir qədər rahat istirahət edin. Sonra yenidən işə qayıdın.

9. Aktiv istirahət edin.

İstirahət edərkən mütləq aktiv istirahətə üstünlük verin. Elə bir istirahət ki, həm sağlamlığınıza, həm də təfəkkürünüzə müsbət təsir edəcək.

10. Yuxudan tez oyanın.

Bir çox uğurlu insanlar uğurunu məhz tezdən durmaqda görür. Səhər bacardığınız qədər tez, saat 6-ya qədər oyanın və məqsədlərinizə çatmaq üçün daha çox vaxtdan istifadə edin.

11. Ailənizi ilk pilləyə qoyun.

Ailəniz hər zaman sizin üçün ilk pillədə olsun. Bu “ailə” ən yaxın dostlarınız və yaxınlarınızdan da ibarət ola bilər. Unutmayın ki, uğur qazanmaq üçün bacardığınızdan da çox çalışmalısınız.

12. Öz rəqiblərinizdən daha çox çalışın.

Həyat rəqabətlə doludur. Sonda uğurlu olan qazanır. Hər kəs sizin rəqibiniz ola bilər. Öz rəqiblərinizdən daha çox çalışın.

13. Lövhədən istifadə edin.

Məqsədlərinizi ağ lövhəyə yazın. Bu zaman onlar sizə daha yaxın olacaq.

14. Arzularınızı paylaşın.

Sizə yaxın olan insanlara və arzularınızın oxşar olduğu insalara öz arzularınız və hədəfləriniz barədə danışın. Daima arzularınızı bölüşün. Bu sizi daha da ilhamlandıracaq.

15. Ətrafınız uğurlu insanlarla əhatə olunsun.

Sizi arzularınızdan, qoyduğunuz məqsədlərdən uzaqlaşdıran insanlardan uzaq durun. Əgər ətrafınızda sizi işinizdən yayındıracaq adamlar varsa, onlarla ünsiyyətdən yan keçin. Düşünün, hədəfinizə çatdıqdan sonra onlar sizə layiq olacaqlarmı?!

16. Sağlam bədəni qoruyun.

“Sağlam bədəndə sağlam ruh olar”. Sağlam bədənsiz sağlam ağıla sahib olmaq heç də asan deyil.

17. Pulunuzu yalnız arzularınızı reallığa çevirməyə kömək edən əşyalara xərcləyin.

İnsanlar bir çox əşyaları başqa insanlarda özləri haqda yaxşı təəssürat yaratmaq üçün alırlar. Bunlardan vaz keçin. İstədiyiniz və sizə həqiqətən kömək edəcək əşyaları alın.

18. Bəzi şeyləri qurban edin.

Uğurunuza mane olanları qurban etməyi özünüzdə vərdiş halına gətirin. Qurban etməkdən qorxmayın. Uğura gedən yol heç də asan deyil və bu yol qurban tələb edir.

19. Jurnalları hər ay gözdən keçirin.

Jurnalları yazarkən siz arzularınıza, hədəflərinizə yaxınlaşırsınız. Əgər siz müəyyən müddətdən bir onları gözdən keçirib, analiz etsəniz onun effekti xeyli artar.

20. Hər gün minnətdar olduğunuz 3 şey yazın.

Minnətdar olmağı bacarın. Həyat təcrübəsi göstərir ki, həyatda baş verənlərə nikbin yanaşmaq uğurun əsas şərtlərindəndir. Hər gün həyatınızda yüzlərlə hadisə baş verir. Naşükür olmayın, minnətdarlıq edin.



 

ŞƏRH YAZIN