Uğur Nədir?

0
3849
Uğur Nədir?

Uğur nədir? Uğur dedikdə ağılımıza müxtəlif düşüncələr gəlir. Cəmiyyətin gözündə uğur yaxşı maddi gəlir gətirən bir karyera, böyük bir ev, lüks bir avtomobildir. Əslində bunlar uğurlu olmanın tərifi deyil. İstəsəniz Ralf Valdo Emersonun uğur tərifinə nəzər yetirək.
 
• Tez-tez gülmək və çox sevməkdir.
• Ağıllı insanların hörmətini və uşaqların sevgisini qazanmaqdır.
• Dürüst tənqidçilərin təqdirini qazanmaq; saxta dostların xəyanətlərinə dözməkdir.
• Gözəlliyi sevmək; başqalarında ən yaxşını tapa bilməkdir.
• Qarşılıq gözləməyi heç düşünmədən fayda verməkdir.
•Sonda istər sağlam övlad, istər azad ruh, istər yaşıl baxça, istər yaxşı bir sosial vəziyyət buraxaraq dünyanın yaxşılaşdırılmasına fayda verməkdir.
• Doyunca əylənmək və gülməkdir.
• Könlüncə olan mahnını oxumaqdır.
• Tək bir adam olsa belə birinin sizin varlığınızdan ötəri daha rahat nəfəs aldığını bilməkdir.
 
Bəli, uğurlu olmaq budur!
 
Tərcümə etdi: Nərgiz Oqtayqızı

ŞƏRH YAZIN