Uğura Gedən Yol Məqsəddən Keçir

0
9803
Uğura Gedən Yol Məqsəddən Keçir

Kimisi üçün uğur qazanmağı üçün savad önəmlidir, kimisi üçünsə çox çalışmaq. Bəs həqiqətən görəsən,uğur qazanmaq üçün ən önəmli şərt nədir?

1953-cü ildə bir qrup alim,Yell Universititetinin məzunları arasında çox maraqlı bir araşdırma aparır. Onlara gələcək planlarını və bu planlarını necə həyata keçirmək istəmələrini yazmağı tapşırırlar. Nəticə isə, məzunların ancaq 3%-i bu planlarını kağız üzərinə köçürə bilib. Aradan 20 il ötdükdən sonra həmin alimlər o məzunlarla görüşür və 3%-i əhatə edən məzunların,yerdə qalan 97% məzundan maddi baxımdan çox yaxşı olduqlarının şahidi olurlar. Üstəlik, alimlər rəqəmlərlə ölçmək mümkün olmayan subyektiv məsələlərdə də (məsələn, xoşbəxtlik kimi) həmin 3 faizin qalan 97 faizdən irəli olduqlarını müəyyən edirlər. Bu araşdırma onları uğura aparan yolun,məqsəddən keçdiyini göstərmirmi?

Bəli, uğur qazanmaq üçün məqsədin olması çox önəmlidir. Ancaq hər şeydə tarazlıq olduğu kimi, məqsəddə də tarazlıq olmalıdır. Məsələn, əgər insan "Uğur qazanmaq,ürəyin istədiyini etməkdir" deyirsə, zövqlərinin əsirinə çevrilir. Halbuki zövq dediyimiz şey dəniz suyuna bənzəyir. İnsan o sudan içdikcə susayır, susadıqca içir. "Uğur insanın özünü bir şeyə həsr etməsidir" deyən insan da səhv edir. Çünki o da öz məqsədlərinin kölgəsində cansıxıcı bir həyat yaşayır. Həyatını "xəzinə axtarmağa" həsr etsə də, "həyat xəzinəsi" əriyib gedir. Ona görə burada da əsas məsələ tarazlığı qorumaqdır. Tarazlığı qorumaq üçün əsas şərt isə ölçülü olmaqdır.

Başqa ehtimalın və ya variantın olmaması da uğur qazanmaqda vacib şərtdir. Məsələn, keçmiş sovet idmançılarının olimpiadalarda bütün medalları qazanmasının əsas səbəbi— kommunizm üçün mübarizə aparmaları idi. Tariq ibn Ziyad isə 5 min nəfərlik bir ordu ilə özündən iyirmi dəfə çox düşmənə qarşı vuruşmaq üçün sahilə çıxmış və geri qayıtmamaq üçün gəldiyi gəmiləri yandırmışdı. Və o bu yolla nəinki İspaniyanı fəth etdi, həm də bəşər tarixinə böyük incilər bəxş edəcək 8 əsrlik bir mədəniyyətin təməlini atdı. 
 
Əgər bu həyatda digərlərindən seçilmək, uğurlu olmaq istəyirsənsə, hər şeydən öncə bir hədəfin, bir məqsədin olmalıdır. Məqsədinə doğru addımla.
 
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN