Müğənni, media maqnatı, atasının siyasi varisi olan prezident qızı

0
1976
Müğənni, media maqnatı, atasının siyasi varisi olan prezident qızı

Praktik psixoloq Şennon Kayzer uğur qazanıb-qazanmadığınızı müəyyən edən 25 faktın siyahısını tərtib edib. Oxuyun və uğurlu insan olub-olmadığınızı müəyyən edin.


1. Artıq sizin ailənizə olan münasibətiniz əvvəlkinə nisbətən daha təmkinli mahiyyət kəsb edir.

2. Sizin arzu etdiyiniz qədər pulunuz yoxdur, amma gözütox yaşayırsınız.

3. Siz köməyə və ya dəstəyə görə müraciət etməyə qorxmursunuz.

4. Siz işdən evə böyük məmnuniyyətlə qayıdırsınız.

5. Siz öz sorğularınızı daim artırırsınız.

6. Yaşamağınıza mane olan hər şeydən yaxa qurtarmağı bacarırsınız.

7. Çox vaxt güzgüdə gördüyünüz adam sizin xoşunuza gəlir.

8. Siz uğurla öz daxili tənqidçinizə qarşı dayanmağı bacarırsınız və pozitiv fikirlər istehsal etməyə nail olursunuz.

9. Sizin çevrəniz dəstək verməyi və istənilən zaman sizə kömək etməyi bacaran insanlardan ibarətdir.

10. Siz anlayırsınız ki, uğursuzluqlar və maneələr yaş prosesinin bir hissəsidir.

11. Siz müxtəlif insanların “səni sevirəm” sözlərini eşitməyə müvəffəq olursunuz.

12. Siz dəyişə bilməyəcəyiniz şeyləri qəbul edirsiniz və qəbul edə bilməyəcəyiniz şeyləri dəyişirsiniz.

13. Siz heç nəyə görə təəssüflənmirsiniz və əməli işlərə fokuslanırsınız.

14. Siz valideynlərinizi günahlandırmırsınız və onları olduğu kimi qəbul edirsiniz.

15. Başqalarının sizin haqqınızda nə düşündüyü artıq həqiqətən sizin vecinizə deyil.

16. Keçmişiniz yanınızdan ötüb keçəndə məyus yox, məmnun olursunuz.

17. Siz başqalarının nailiyyətlərini dəyərləndirməyi bacarırsınız.

18. Siz hiss etməyi bacarırsınız və hisslərinizi başqaları ilə bölüşə bilirsiniz.

19. Siz əylənməyə vaxt və güc sərf edirsiniz.

20. Siz komplimentləri düzgün qəbul edə bilirsiniz.

21. Sizin həyatınızda elə hadisələr var ki, siz onları böyük səbirsizliklə gözləyirsiniz.

22. Siz hədəf müəyyənləşdirib onlara çatmısınız.

23. Siz başqalarına can yandırmağı bacarırsınız.

24. Öz işinizlə əlaqənizi hiss edirsiniz.

25. Siz özünüzü sevirsiniz və başqalarından sevgi görməyə qadirsiniz.
 

ŞƏRH YAZIN