Uğurlu və aktiv kişilər nəyi demirlər?

0
2631
Uğurlu və aktiv kişilər nəyi demirlər?

Bizim bütün planlarımız özümüzün özümüzə verdiyimiz sözlərlə başlayır. Bu sözlər bizləri düzgün yola aparır, motivləşdirir və ruhlandırır. Uğurlu kişilər heç bir zaman onların arzularına, planlarına maneə törədəcək sözlər israf eləmirlər.

Hansı sözləri unutmaq lazımdır? uğurlu və aktiv kişilər nəyi demirlər?


1. Sonra edərəm

Bəzi kişilər düşünürlər ki, məqsədləri və arzuları sonra da yerinə yetirə bilərlər. Lakin sonra – heç bir zamandır. Bir də görəcəksiniz ki, sizin arzularınızı və məqsədlərinizi başqaları artıq yerinə yetirmişdir. Əgər bütün işləri daha uyğun vaxta saxlasanız heç bir şeyə nail ola bilməyəcəksiniz. Gec olmadan dərhal planlarınızı həyata keçirməyə başlayın!


2. Mən bunu edə bilmirəm

Siz bu iş üçün yetərincə ağıllı, bilikli və bəxti gətirən deyilsiniz? Bu cümləni desəniz hər şey bitmiş olacaq! Əgər siz dərhal təslim olursunuz isə hansı uğurdan söhbət gedə bilər? Çətinliklər irəlləmək üçün motivasiya olmalıdır, geriyə çəkilmək olmaz!


3. Mənə heç kim kömək etmir

Məqsəd və arzularınıza digərlərinin əlləri ilə niyə çatmaq istəyirsiniz? Müstəqil hərəkət edin. Əgər kömək hava və su kimi lazımdırsa bu zaman həmin insanları sizinlə birgə işləməyə cəlb edin.


4. Mən yorulmuşam

Siz yorulmusunuz? Siz yazıq, bədbəxt və təngə gəlmiş birisiniz! Özünüzə yazığınız gələndə rahat olursunuz? Yorğunluq və güc azlığına yalnız zəif kişilər şikayət edir. Yorulmusunuz isə yaxşıca yatın, səhər tezdən isə yeni güclə işə başlayın!


5. Artıq gecdir

Bir çox tanınmış insanlar uğuru daha yetkin yaşlarda əldə ediblər. Onları yaş həddi durdurmamış. Siz bunu özünüzə niyə kompleks edəsiniz?


6. Mən “balaca” adamam

Özlərini balaca və heç kim sayan kişilər heç bir zaman uğur əldə etməmişdirlər. Özünüzü heç bir zaman zəif hesab etməyiniz və bütün məqsədlərə əminliklə nail olun.


7. Uğursuzluqdan qorxuram

Deyl Karneqi deyirdi: “Bir iş görməzdən əvvəl onun ən pis nəticələrini özünüzə təsəvvür edin və bununla barışıb hərəkət edin!” Uğursuzluq ehtimalını qəbul edin və hərəkət edin!


Öz fikirlərinizə və sözlərinizə diqqət yetirin. Əgər bütün neqativdən və komplekslərdən azad ola bilsəniz sizə daha asan olacaqdır.




 

ŞƏRH YAZIN