Uğursuzluq Da Həyatın Qanunudur!

0
1140
Uğursuzluq Da Həyatın Qanunudur!

Ən bacarıqlı, ən təcrübəli və ən məsuliyyətli şəxslər belə bir dəfə də olsa uğursuzluğa düçar olur. Təbii ki, hərkəs uğurlu olmaq istəyir. Amma uğur kimi uğursuzluq da həyatın qanunlarındandır. Əhəmiyyətli olan uğursuzluqdan sonra nə etdiyimizdir. Bu uğursuzluğun qarşısında əziləcəyik yoxsa ayağa qalxıb təkrar cəhd edəcəyik? Əgər təkrar cəhd edib uğurlu olmaq istəyiriksə, bəzi mövzulara diqqət yetirməyimiz lazımdır.
1) Başqasını günahlandırmaq: Müvəffəqiyyətli olmayan insanların ən sıx müraciət etdiyi davranışdır. Təbii ki, uğursuzluğa səbəb olan xarici faktorlar vardır, amma nəticəni sadəcə bunlara bağlamaq lazım deyil. Qəbahəti başqasında axtaranda insan özünü rahatlada bilir, amma bu nəticə dəyişməz.
2) Analiz etmək: Obyektiv bir tərzdə, istənilən nəticənin əldə edilməsinin səbəblərini ortaya qoymaq lazımdır. Bu səbəblər vurğulanmazsa, lazımi düzəltmələr də edilə bilməz.
3)Üslubunu dəyişdir: Eynşteynin dediyi kimi eyni üsulları sınayaraq fərqli nəticə gözləmək müdriklik deyil, ona görə də uğursuzluğa aparan davranışlardan uzaq durmalı və fərqli üsullar istifadə olunmalıdır.
4) Daha məhsuldar işlə: İşləmədən uğur gözləmək xəyalçılıqdır. Çox işlədiyiniz halda uğursuz olursunuzsa, bu çalışmanın məhsuldar bir çalışma olmadığı ortaya çıxar. Məhsuldar çalışma üsulları öyrənmək lazımdır.
5) Uğursuzluqdan qorxma: Uğursuz olma qorxusu stresə yol açar və performansı aşağı salır. Müvəffəqiyyətə  diqqət motivasiyanı təmin edər.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN