TƏQDİMATLARIN TƏSİRLİ OLMASI ÜÇÜN BEYİNİN ISTİFADƏSİ

0
4828
TƏQDİMATLARIN TƏSİRLİ OLMASI ÜÇÜN BEYİNİN ISTİFADƏSİ

Yadda qalan , təsirli və inandırıcı danışmaq  qarşınızdakı  insanlara təsir etmək  bacarığı  tamamilə bir beyin işidir. Hər bir təqdimat qarşınızdakı  insanın beyninə təsir  etmə üsuludur.

 
Son illərdə, beynin  necə işlədiyin başa düşmək  üçün böyük miqdarda vəsait və səy göstərilmisdir.   Bu sizin üçün yaxşı bir xəbərdir; Xüsusilə də bir kütlənin  ağlını və könlünü almağı  tələb edən müraciətlər edirsizsə.  Nevrologiya sahəsində olan   tədqiqatlarda  hər  bir iş insanının təqdimatlarda  istifadə etməsi lazım olan onlarca səmərəli məlumatı ortaya qoyur. Məhz Harvard Universitetinin keçmiş psixologiya kafedrasının müdiri Stephen M. Kosslynle olan danışıqlarımızdan topladığımiz səkkiz qaydanı sizlərə təqdim edirik :
 
1 SLAYDLARINIZI  HƏR ZAMAN ÖZƏLLƏŞDİRİN
İnsanlar oxşar arzu və xəyala malikdirlər  amma bu oxşarlıqların altında insandan insana  dəyişən fərqlər var. Bu baxımdan , danışıqlarınızın  cəmiyyət  üçün nəyin əhəmiyyətli olmasını göstərməsi lazım olduğunu deyə bilərik. Danışıqlarınıza  həmişə əlavə etməyiniz lazım olan  şeylərdən  bir neçə nümunə göstəririk: 
•Kütlə üçün   bir məna ifadə edən terminologiya
•Bəhs etdiyiniz məqamların, kütlənin təcrübələri çərçivəsində məna ifadə etdiyinin sübutu
•Kütlə üçün əlverişli və maraqlı detallar
 
2 DEMƏKLƏ KİFAYƏTLƏNMƏYİN, HƏM SÖYLƏYİN, HƏM DƏ GÖSTƏRİN
Nevrologiya sahəsində aparılan son araşdırmalar, insanların sözləri və rəsmləri beyinin müxtəlif hissələrinin   işlətdiyini göstərir. Məruzələrinizdə  yazıların yanında şəkillərə də yer versəniz, təqdimatınızda  verdiyiniz mesajın yada salma ehtimalını  üstələmiş  olacaqsınız.
 
Mühüm bir nöqtəyə diqqət yetirdiyiniz  zaman slaydda yazı və qrafiki birlikdə istifadə etdiyinizə baxın. Əlavə edəcəyiniz bir video insanın  beyninin ayrı-ayrı hissələrini hərəkətə keçirdiyi   üçün,  təqdimatınızı həqiqətən daha yadda qalan edəcəkdir. 
 
3 NECƏ DİQQƏT  CƏLB EDƏCƏYİNİZİ PLANLAŞDIRIN
İzləyicilərin  verdiyiniz məlumatları   izləyəcəyinə  əmin olmaq üçün, nitqinizin   mühüm hissələrini daha böyük, daha parlaq (ya da daha gurultulu) edin. Tamaşaçılarınız verdiyiniz mesajın, təqdimatın tam olaraq hansı hissəsində olduğunu təqib etməsi üçün bir sxem  yaradın.
 
Əgər müştərilərinizin  qarışıq bir məsələni  - çox mərhələli tədarük zənciri diaqramı kimi - dərk etmələrini istəyirsinizsə, sadəcə o an bəhs etdiyiniz hissənin görünməsini təmin edərək, slaydınızı  hissə -hissə  birləşdirin.
 
4 MESAJINIZIN ƏSAS MƏĞZİNİ  İSTIFADƏ EDİN
Kütləyə  bir çox məlumat vermək əvəzinə, mesajınızı dəstəkləmək üçün  kifayət qədər məlumat verin. Əlaqəsi olmayan detalları təqdimatınızdan çıxarın və mesajınızın başa düşülməsi üçün zəruri olan məlumatları çatdırın. Həddindən artıq dərinliyə getməyin .
 
İnsanlar bu xaotik dünyada bir bütövlük duyğusu verən hekayələrə üstünlük verdiyi üçün,  təqdimatınızı  başlanğıcı, ortası və sonu olan bir hekayə halında tərtib edin. Beləliklə,  tamaşaçılarınızın  təqdimatınızı izləməsi  asanlaşar.
 
5 TAMAŞAÇIYA DOĞRU DEYİL,  TAMAŞAÇIYLA DANIŞIN
Təqdimatlarda  kürsü  danışması , nitq və ya bir məruzədən  daha çox dostlar arasındakı bir çıxış kimi olmalıdır. Rahatlanın və bir nəfəs alın. Tək çıxışlarınızda istifadə etdiyiniz səs tonunu istifadə edin.
 
Gözlərinizin qrupdakı insanlarla görüşməsinə icazə verin. Hekayənizi bir axşam yeməyində danışırmış kimi danışın. Sözlərinizlə oynamayın və ya qeydlərinizə  baxaraq danışmayın. Qeydlərə  ehtiyac duymayacaq   qədər rahat olana kimi məşq edin.
 
6 HƏR NÖV İNFORMASİYA VASİTƏSİNİ İSTIFADƏ EDİLMƏSİNƏ  BAXIN
Slaydlarınızı  təqdimatın özü kimi deyil ,  sizin  kütlə ilə olan əlaqələrinizə yardımçı olaraq görün. Çıxışınızın sonunda, tamaşaçı təqdimatı deyil də sizi anlamış olduğunu hiss etməlidir.
 
Bunu nəzərə alaraq, başınızdan keçmiş bir hadisə və ya verəcəyiniz bir nümunə  ekranda göstərəcəyiniz hər hansı bir vizual görüntüdən  daha  çox təsirli olacaqdır.
 
7 KİÇİK FASİLƏLƏR EDİN Kİ, TAMAŞAÇI NƏFƏS ALSIN
Məruzəniz bir neçə dəqiqədən daha uzun, tamaşalarınıza eşitdiklərini həzm edəcək zaman vermək üçün kiçik fasilələr verməlisiniz. Bu fasilələr bir cizgi filmi, qısa bir video klip və ya tamaşaçılara verəcəyiniz bir sualdan yarana bilər. Ritmdən kənara çıxmanız, danışdıqlarınızın yadda qalıcı olmasına köməkçi olur.
 
Az əvvəl bəhs etdiyimiz kimi, tamaşaçının passiv bir şəkildə dinləmək əvəzinə aktiv iştirakda olması, beyinin müxtəlif yerlərinin hərəkətə keçməsini və təqdimatın daha yadda qalıcı olmasını təmin edir. Daha da əhəmiyyətli olan , təqdimata tamaşaçıları qatmaqla sonrakı addımlar üçün impuls əldə etməyinizi təmin edəcəkdir.
 
8 TAMAŞAÇINI SUAL  VERMƏLƏRİ ÜÇÜN  HAZIRLAYIN
 
İstəyəcəyiniz son şey, “ Sualı olan varmı ?” Deyə soruşduqda qarşılaşacağınız sakitlikdir. Sual cavab hissəsinin faydalı bir şəkildə keçəcəyinə əmin olmaq üçün, qarşılaşa  biləcəyiniz  suallar düşünməyə çalışın. O suallara cavab ola biləcək şeyləri çıxışınızdan çıxarın.
 
Bəs tamaşaçı sual verməyib, sadəcə, oturmağa davam edərsə? Təlaş etməyin. 20 saniyə ərzində üzünüzdə ümidli bir ifadəylə , səssizcə  gözləyərsiniz, sosial təzyiq ilk sualın verilməsinə səbəb olacaq və sonra digər suallar da gələcəkdir.
 
 
Hazırladı : Aytən İslamzadə
 

ŞƏRH YAZIN