Ünsiyyətdən faydalan!

0
3931
Ünsiyyətdən faydalan!

 Yaxşı nəzər yetirsəniz, uğurlu insanların uğur qazanmasında önəmli rol oynayan amillərdən birinin ünsiyyət olduğunun şahidi olarıq. Bəli bəli. Düzgün ünsiyyətin açmadığı qapı yoxdur desək, hər halda yanılmarıq.


Kommunikasiya qabiliyyətli insan necə olur? İlk növbədə o digərləri ilə ünsiyyət yaratmaqdan zövq alır. Ünsiyyətcil insan üçün kimlə ünsiyyətə girməyin elə də bir fərqi yoxdur, onu ünsiyyət prosesinin özü daha çox maraqlandırır. Müxtəlif insanlarla təmasda olmaqdan özünüzə məxsus fayda götürməyi öyrənin və onda ünsiyyət sizin üçün də çox əyləncəli bir hadisə olacaq. Aşağıdakı tövsiyələrə əməl etməyə çalışın.

Ünsiyyətcil insan kimdir? Bu ilk növbədə ünsiyyət prosesindən zövq almağı bacaran insandır. Ünsiyyətcil insana kimlə söhbət etmək elə də vacib deyil, onu prosesin özü daha çox maraqlandırır. Əgər siz kifayət qədər kommunikasiya meylli olmadığınızı hiss edirsinizsə və adətən sizi gözləyəcək söhbətlərdən yayınmağa çalışırsınızsa aşağıdakı məsləhətlərin sizə böyük faydası ola bilər.

1.Ünsiyyətdən qaçmayın. Sizə elə gəlir ki, siz kifayət qədər ünsiyyətcilsiniz, lakin söhbətə başlamaq üçün mütləq lazımı əhval-ruhiyyə gərəkdir və ya sizin dialoqa daxil olmağınız üçün qarşı tərəf sizin ürəyinizə yatan olmalıdır? Məsələn, siz qarşıdan gələn hər hansı bir tanışınızı görürsünüz və onunla mümkün söhbətdən yayınmaq üçün yolunuzu dəyişirsiniz və ya siz ictimai nəqliyyatın pəncərəsində çox da tanış olmayan bir insanı görürsünüz, onunla qarşılaşmamaq üçün növbəti marşrutu gözləməyi daha üstün tutursunuz. Bütün bunlar sizin kifayət qədər kommunikasiya meylli olmamağınızın əlamətləridir. Siz bu keyfiyyəti özünüzdə inkişaf etdirməyə can atmalısınız. Buna görə də təsadüfi görüşlərdən yan qaçmağa çalışmayın, az tanıdığınız və ya ümumiyyətlə sizə yad olan insanlar ilə ünsiyyət qurun. Bu yolla siz özünüzdə kommunikasiya qabiliyyətini inkişaf etdirəcəksiniz.

2. Ünsiyyətdən zövq almağı öyrənin.  Bu göründüyü qədər də asan deyil. Biz həmişə bu və ya digər insan ilə planlaşdırılmış söhbətə uyğun öz əhvalımızı kökləmiş oluruq. Məsələn, keçmiş sinif yoldaşı ilə görüş çox maraqsız və darıxdırıcı görünür, çünki siz bilirsiniz ki, o tipik zəhlətökən insandır. Rəhbərlər və ya direktorlar ilə görüşlər isə həmişə gərginliyi və əsəbiliyi bir az da artırır. Lakin xoşa gəlməz görüşdən öncə siz xoş əhval ruhiyyəyə köklənə bilərsiniz, yaddan çıxartmayın ki, həmişə situasiyanı  öz xeyrinizə dəyişmək imkanı vardır və sizin həmsöhbətlə rolları dəyişməyiniz də mümkündür. Məsələn, əgər siz keçmiş sinif yoldaşınızın uşaqlıq xatirələrinə qulaq asmaq həvəsində deyilsinizsə, söhbətin istiqamətini dəyişin, özünüz danışmağa başlayın və vəziyyətə nəzarəti öz əlinizə keçirin. Söhbətin axarını hər ikiniz üçün də maraqlı olan bir məcraya yönəldin. Qarşıda duran xoşagəlməz söhbəti çox maraqlı və xoş bir söhbətə çevirin.  Öz söhbətlərinizdən faydalı olmağı öyrənin, onda ünsiyyət sizin üçün də çox əyləncəli bir fəaliyyətə çevriləcəkdir.       

3. Çalışın ki, söhbətin inisiatoru (təşəbbüskarı) siz olasınız. Böyük şəhərdə yaşayanda bir metro vaqonunda hər gün birgə işə getdiyin köhnə tanışını sanki görmürmüş kimi özünü göstərmək və ya ümumiyyətlə onu tanımırmış kimi davranmaq asandır. Adətən aşağı dikilmiş gözlər ünsiyyətə girməmək niyyəti kimi başa düşülür və onlar elə adekvat reaksiyaya da səbəb olur, yəni sizinlə də ünsiyyətə girməyə can atmırlar. Lakin böyüklərin bu tip gizlənqaç oyunları sizi daha çox mənfi emosiyalar yaşamağa sövq edir, nəinki hətta ən zəhlətökən və ya xoşagəlməz həmsöhbət ilə ünsiyyət prosesinin özü. Siz həmsöhbətdən gizlədiyiniz zaman ərzində gözləmə və qorxu mərhələsində olursunuz: Görən o məni tanımadı?  Görən o danışmaq istəyir? Bu suallar ilə özünə əziyyət verməmək və sizə yaxınlaşıb söhbət təklif edəcəklərini gözləməmək üçün ən yaxşısı budur ki, söhbəti özünüz başlayın və dialoqun təşəbbüskarı rolunda çıxış edin. Siz bunun gözləmədiyiniz qədər asan olacağını hiss edəcəksiniz. 

4. İnsanlar ilə söhbətə daxil olarkən onlar ilə həddən ziyadə rəsmi davranmayın. Formal ünsiyyətdən uzaq olun. Həmsöhbətin  necəsiniz? işlər necə gedir? suallarına cavab olaraq öz işləriniz və həyatınız barədə müəyyən qədər danışmaq tamamı ilə məntiqə uyğundur. Sizin cavabların quruluğu və söhbətə  daxil olmamaq niyyəti siz tərəfdən həmsöhbətə qarşı hörmətsizlik və qeyri dostcasına münasibət kimi qiymətləndirilə bilər.

Uğurlu həmsöhbət olmaq üçün qızıl bir qaydanı xatırlamaq yetərlidir;  Hətta sizin mövqeyinizdən kəskin fərqlənsə və ya sizdə minlərlə etiraz burulğanları yaratsa belə, hər zaman qarşı tərəfin fikrinə hörmətlə yanaşın. Sizin etirazınız etik qaydalar çərçivəsində bildirilməlidir.

Əgər siz həmsöhbətin mövqeyinə hörmətlə yanaşsanız onun etibarını qazanacaqsınız. Lakin unutmayın ki, hörmət bəsləmək, heç də həmin fikirlə, nəzər nöqtəsi ilə sözbəsöz razılaşmaq demək deyil. Qarşı tərəfin fikrinə hörmətlə yanaşmanı düzgün şəkildə necə ifadə etmək olar?

1. Opponenti diqqətlə dinləyin. Hətta o ən ağlasığmaz bir şeylərdən danışsa və ya onun bütün dedikləri məntiq qanunlarına zidd olsa da. Çalışın ki, bütün səbrinizi toplayıb onun fikrinə axıra qədər qulaq asasınız və onun nəzər nöqtəsinə maraq göstərdiyinizi də biruzə verməyə cəhd edin. Əgər o ədəbi dil qaydalarına əməl etmirsə və ya danışdıqlarında ritorika və məntiqi əsaslar yoxdursa, ona düzəlişlər etmək üçün sözünü kəsməyə çalışmayın, bu sizin həm söhbəti tamamı ilə çaşqın bir duruma sala bilər.

2. Həmsöhbətiniz bütün ürək sözlərini deyib qurtardıqdan sonra, yəni öz fikirlərini axıra qədər təqdim etmək imkanını olduqda ilk öncə onun fikrinin layiqli xüsusiyyətlərini qeyd edin, müsbət cəhətləri sadalayın, onunla məhz nədə razı olduğunuzu bildirin, yalnız bütün bunlardan sonra tənqidə də yer vermək olar.

3. Öz mövqeyinizi elə təqdim edin ki, bununla həmsöhbəti alçaltmış və təhqir etmiş olmayasınız. Belə arqumentlərə heç cür yol verməli olmadığınızı unutmayın: siz bu məsələdən tamamı ilə yanılırsınız, sizin demək olar ki bu işdən başınız çıxmır, siz kifayət qədər səriştəli deyilsiniz, siz məsələnin mahiyyətini düzgün anlamırsınız . Belə iradlarla siz sadəcə öz opponentiniz təhqir etmiş olacaqsınız və nəticədə heç bir kompromisdən söhbət gedə bilməz.

4. Həmsöhbətin fikrinə hörmət ifadə etmək üçün tutaq ki,  siz haqlısınız götürək ki, mən sizinlə razılaşıram kimi şərhlərdən istifadə edin. Bu sizin həmsöhbəti məmnun salacaq, həm də sizin onun mövqeyini başa düşdüyünüzü və layiqli bir fikir kimi qəbul etdiyinizi göstərəcəkdir.    

5. İstənilən mübahisənin əsas hədəfi ümumi çıxış yolunun tapılmasına yönəlmiş olmalıdır. Söhbət sadəcə kiməsə və ya opponentə öz üstünlüyünü nümayiş etdirmək və ya deyinməkdən getmir. Ona görə istənilən bir söhbətdə münaqişə yaratmağa deyil, hər iki tərəfi razı salacaq, ümumi mənafeyə uyğun həll yolunun tapılmasına  can atın.

ŞƏRH YAZIN