Güclü insanların əsla etməyəcəkləri 15 şey!

0
13262
Güclü insanların əsla etməyəcəkləri 15 şey!

Həyatda, işdə və şəxsi münasibətlərdə uğur qazanmaq üçün çox mükəmməl ünsiyyət qabiliyyətimiz olmalıdır. Bu proses zamanı biz çalışırıq ki,düşüncə və məqsədlərimizi mümkün qədər aydın və düzgün şəkildə ifadə edək. 

Ünsiyyət o zaman uğurlu olur ki, hər iki tərəf eyni məlumatı alsınlar. İnformasiya və texnologiyanın çiçəklənmə dönəmi olan dövrümüzdə yaxşı ünsiyyət bacarıqlarına yiyələnmək xüsusilə vacibdir.Bir çox insanların hələ də səmərəli ünsiyyət qurmağa çətinlik çəkməsi,onlar üçün yalnız karyera sahəsində deyil,eyni zamanda ictimai və şəxsi münasibətlərdə də maneələrə rast gəlməsinə səbəb olur.

Nəyi nə məqsədlə söyləməli olduğunuzu bilin.
Söyləyəcəyiniz fikrin məqsəd və məramını, kiminlə və nə məqsədlə ünsiyyətdə olduğunuzu anlayın.Ünsiyyət zamanı qarşınıza çıxa biləcək çətinlikləri nəzərə alın.Necə təəssürat yaratmaq və necə bir nəticə əldə etmək istədiyinizə əmin olun. 

Necə söyləməli?  
Bildiyimiz kimi çox vaxt nə söyləməyimiz deyil,necə söyləməyimiz önəmli olur. İlk növbədə həmsöhbətinizlə göz təması qurun.Söhbət etdiyiniz zaman həmsöhbətinizin gözlərinin içinə baxmaq inam və etimada dəlalət edir.Düzgün duruş forması, hətta ən çətin ünsiyyət prosesinin belə asan keçməsinə səbəb ola bilər.

Dinləyin! 
Ünsiyyət qarşılıqlı olur. Söyləməli olduğunuzu söylədikdən sonra qarşı tərəfin rəyini gözləyin. Həmsöhbətiniz danışarkən,qəfildən onun sözünü kəsməyin və onu diqqətlə dinləyin. Həmsöhbətiniz  öz fikrini söylədikdən sonra,onun sizi aydın başa düşdüyünə əmin olun,suallar verin və müzakirə təşkil edin. Lazım olarsa, verəcəyiniz məlumatda müəyyən dəyişikliklər edin. 

Ünsiyyət bacarıqlarınızı inkişaf etdirməklə,siz daha yaxşı münasibət qura,daha çox karyera imkanları əldə edə və özünə inam hissini artıra bilərsiniz. Bundan əlavə, siz məqsədlərinizə uğurla çatmaqla yanaşı, qarşılıqlı əməkdaşlıq və razılaşma məslələrində də daha cox uğur qazanacaqsınız. İkincisi,bədən dilinizə diqqət yetirin, çünki bədən dili sözdən daha kəsərlidir.

Hər bir yeni bacarığı inkişaf etdirmək üçün vaxt lazımdır, lakin siz səy göstərməklə və praktika ilə yaxşı, hətta müstəsna ünsiyyət bacarıqlarına yiyələnə bilərsiniz.  

 

Korrektor: Əhmədova Sevinc

ŞƏRH YAZIN