12 Yaşına Qədər Uşaqlara Telefon Verməyin!

0
2519
12 Yaşına Qədər Uşaqlara Telefon Verməyin!

Mobil telefon istifadəsi ilə bağlı valideynlərin uşaqlara yaxşı bir nümunə olmasının vacibliyindən danışan Pedaqoq Öznur Simav, uşaqları telefondan uzaq tutmağın yollarını açıqladı. Texnologiyanın inkişafı uşaqlara istər psixoloji istərsə də fizioloji cəhətdən təsir edir. Onları bu mənfi hallardan qorumağın yollarından biri ata və ananın yaxşı nümunə olmasıdır. Bütün gün telefon əlindən düşməyən, gözünü ekrandan ayırmayan valideynlər uşaqlara bu məsələdə pis örnək olurlar. Uşağa neçə yaşında telefon almaq lazımdır? Birinci sinifdə oxuyan uşaqlara sadəcə danışıq ehtiyacını ödəmək üçün çox sadə telefon almaq kifayət edər. Övladınız  əlaqə saxaya bilsin deyə sizin nəzarətinizlə 3 – 4 nəfərin nömrəsini telefonun yaddaşına yaza bilər. Uşaqlar və hətta gənclər məktəbdə telefondan istifadə etməməlidirlər. Telefona bağlılığın akademik göstəriciləri aşağı saldığı açıqdır. Telefona olan tələbat uzaqda olan valideynlərlə əlaqə saxlaya bilmək, övladının vəziyyəti ilə maraqlanma kimi ehtiyaclarla bağlı ola bilər. Ekstremal vəziyyətlər yaşanmırsa və valideynin övladı ilə əlaqə saxlamasında sıxıntı yoxdursa telefona lüzum da yoxdur. Lazım olmadıqca 12 yaşından əvvəl telefon verilməməlidir. Telefondan istifadə zamanı valideynlərin uşaqlara uyğunsuz saytlara girməmələri üçün nəzarət etməlidir.  Uşaqların telefondan uzaq durması üçün onların idman və  ya sosial fəaliyyətlərə cəlb olunmaları, hobbilərinin aşkarlanması, kiçik motorikanın inkişafı, velosipedə minmə, ev işlərində kömək etmək, musiqi ilə məşğul olma və s. faydalıdır. Eyni zamanda  həyatımızın hər anının dəyərli olduğu da tez – tez uşaqların diqqətinə çatdırılmalıdır. 


HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA  
 

ŞƏRH YAZIN