3 Aydan Sonra Yataqları Ayırın!

0
2011
3 Aydan Sonra Yataqları Ayırın!

Uşaqla birlikdə yatmaq doğrudurmu? Neçə yaşdan sonra yataq ayrılmalıdır?  Uşaq dünyaya gələndə bizə bağımlı olur. Yemək və yuxu ehtiyacları tamamən ana və ya uşağa baxan şəxsin ixtiyarındadır. Əslində bu başlanğıc  bizlərin uşağımız böyümə dövründə ehtiyaclarını qarşılarkən də ortaya çıxar. İlk uşağın bağımlılıq halı böyüyərkən sürətlə dəyişim göstərsə də zehnimizdə uşağımızın bizə xüsusilə də yemək və yuxu kimi ən təməl ehtiyaclarında bizə bağımlı olduğunu düşündürür.  

Bəs uşaqlar  nə zaman təkbaşına öz yatağında yatmalıdır? 0 – 3 ay körpənin anaya ən çox ehtiyac duyduğu dövrdür. Bir çox ana və ata uşağı dünyaya gəldikdən sonra onu öz yanlarında yatızdırmağa meyillidirlər. Amma uşağı doğulduğu andan etibarən öz yatağı və öz otağında yatmasını təmin edən valideynlər də olur. burada önəmli olan hər iki yanaşmada  da 0 – 3 aylıq dönəmdir. İlk 3 aylıq dövrdə ana körpəsini, körpə isə anasını tanıyır və bu mərhələ alışma dövrü kimi qiymətləndirilir. 3 aydan sonra ayrı otaq və ayrı yataqda yatmağa hazırıq! Uşağın yalnız yatması bizi o qədər narahat edir ki... Görəsən ağlayacaq? Birdən qorxar və s.  Buna bənzər narahatlıqlar uşaq böyüdükcə gecə bəslənmələrinin və ananın yorğunluğunun artması ilə, bərabər yatmaq, həm uşaq həm də ana – ata üçün bir alışqanlığa dönər. Qayğı ilə başlayan yuxu alışqanlıqları körpənin hər keçən ay  böyüyüb uşaqlığa çatdığında ehtiyacların dəyişməsilə çətin və problemli hala gələr. İlk 3 aydan sonra körpə yavaş – yavaş ana və uşaq arasındakı münasibəti pozmadan kiçik addımlarla öz yatağına öyrəşməlidir. Əgər bu dövr keçdisə yuxu təlimi və yataqların ayrılması üçün ən doğru zaman ananın hazır olduğu zamandır. Çünki uşağı hazırlayacaq və ona güvən verəcək şəxs ilk olaraq anadır. Yellənərək yuxuya getmə, TV ya da tablet bağımlılığı, qucaqda yatma  kimi yuxu ritualları olaraq görünən bu bağımlılıq uşağın sağlam yuxusunu dəstəkləməz. Tam tərsinə uşağın qayğı ilə yuxuya getməsinə və gecə qayğıyla oyanmasına, bağımlı olduğu əşyanı axtarmasına səbəb olur. Bu bağımlılıq yuxunun keyfiyyətinə də mənfi təsir göstərər. Uşağın edə biləcəkləri çox zaman gözümüzü qorxuda bilər. Mənim uşağım edə bilməz! Mənim uşağım məndən heç vaxt ayrılmaz! Uşağım mənsiz çox qorxar!... Bəli, bütün bu qorxular arasında uşaqların tək başına edə biləcəkləri məhdudlaşır, lakin ən başda ata – ananın uşağa və edə biləcəklərinə güvənməsi lazımdır. Bu güvən duyğusu uşağın hərəkətə keçməsini təmin edər. Alışqanlıqlarını dəyişdirərkən onu həvəsləndirin. Həyatda heç bir alışqanlığımızı dəyişdirmək asan deyil. Hal – hazırda hamımızın əgər alışqanlığımız dəyişdirsək mütləq bizi güclü edəcək bir məqsədimiz olmalıdır. Uşağın da alışqanlığını dəyişə bilməsi üçün bir məqsədə ehtiyacı var. Bu məqsəd isə onu həvəsləndirməli və həyəcan duymasını təmin etməlidir. Bu həvəsləndirmə onun sevdiyi müəyyən əşyalarla və ya sevdiyi fəaliyyəti ilə bağlı ola bilər. (Pedaqoq Gözde Erdoğan) 

 
Tərcümə etdi: SEVİNC MƏMMƏDKƏRİMOVA 

ŞƏRH YAZIN