Mən Astrologiyaya Necə Gəldim

0
3690
Mən Astrologiyaya Necə Gəldim

 Boşanma qərarı verərkən uşağınızı da düşünməlisiniz.  Bəs bu qərarı uşağa necə açıqlaya bilərik? Boşanma sonrası uşaqla necə davranılmalıdır? 

Uşağın yaşına uyğun olaraq xüsusən də yeniyetməlik dövründə onlar bu ayrılığa görə  özlərini günahlandıra bilərlər. Buna görə də uşağa ayrılığın səbəbi  ilə onun heç bir əlaqəsinin olmadığı bildirilməli, bunun necə izah olunması, məkan və zaman düzgün müəyyənləşdirilməlidir. Ata – ana ayrılıq qərarlarını dəqiqləşdirənə qədər  uşağa heç nə deməməlidirlər. Tez – tez ayrılacaqlarını söyləyib, barışmaları uşaq üçün zərərli ola bilər. Hər dəfə ümid və xəyal qırıqlığı yaşayan uşağın psixi sağlamlığı zədələnir. Qərar verildikdən sonra valideynlərdən biri evdən ayrılmadan uşaqla bu məsələ danışılmalıdır. Bu qərar hər iki valideynin iştirakı ilə açıqlanmalıdır. Uşağa ata – ana ayrılmasa bir – birilərini xoşbəxt edə bilməyəcəklərini, amma bunun onun günahı olmadığını, onu yenə əvvəlki kimi sevəcəklərini izah etməlidirlər.  Uşaq hansı valideynlə qalacaqsa onun evində yaşayacağını amma istədiyi vaxt digər valideynin də evinə gedə biləcəyini söyləməlidirlər.  Uşaq boşanma ilə valideyninin birini itirmə hissini yaşamamalıdır. Birlikdə yaşamadığı valideyninə gediş – gəliş zamanının bəlli olması, çox vacib işlər olmadığı müddətcə görüşün dəqiq vaxtında olması uşağın valideyninə güvənməsi üçün lazımdır.  Valideynini gözləyər, amma müəyyən səbəblər üzündən valideyn gəlməzsə uşağın güvəni azalar. Bəzi uşaqlar yanındakı valideynin də gedəcəyini düşünərək narahatlığa qapılır. Buna görə də məktəbə getmək istəməz, valideyn işə gedərkən arxasınca ağlayar və onun yanından ayrılmaq istəməz. Ata – ana bir – birinə olan mənfi duyğularını uşağa yansıtmamalıdırlar. Uşağa digər valideyn haqqında söylənən xoşagəlməz ifadələr, uşağın vasitəsilə digər valideynə xəbər yollama uşağın psixi inkişafına pis təsir göstərir. Ata – ana ilə birgə, ailənin yaxın çevrəsinin də boşanmadan dolayı hansısa tərəfi günahlandırması yolverilməzdir. Ata və ana münasibətlərini ədalətli idarə etməlidirlər. Uşağa qayğı və diqqətin azalması, görüşlərin vaxtında olmaması, uşağın başlıbaşına buraxılması, özbaşına qərarlar verilməsi , davamlı olaraq bir – birilərini günahlandırmaları uşağın inkişafına uyğunsuz təsir edər, vəziyyəti daha da gərginləşdirər. Bəzi hallarda isə heç ayrılmamış kimi davranmaları, tez – tez görüşmələri, səmimi münasibətləri uşağı çaşdıra bilər. Hər iki evdə tətbiq olunan qaydalar eynilik təşkil etməlidir. Valideynlər eyni mövqedə olmalı və uşağın yanlış yönləndirilməsini əngəlləməlidirlər. İstənilən halda uşağa sevgi göstərilməsi, dəstək verilməsi olduqca vacibdir. 

 
HAZIRLADI: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN