Boşanma Yükünü Ən Çox Uşaqlar Çəkir

0
1791
Boşanma Yükünü Ən Çox Uşaqlar Çəkir

Valideynlərin boşanması uşaqların inkişafını ciddi şəkildə ləngidən sarsıdıcı hadisələrdəndir. Boşanma yükünü ən çox uşaqlar çəkir. Çünki uşaq boşanmadan dolayı daima özünü günahkar hiss edir. Vəziyyət belə olduqda uşaq o yaşda yaşaya biləcəyi ən böyük travmanı alır. Mütəxəssislər “boşanma zamanı uşaqların günahkarlıq hisləri yaşamamaları, ümumilikdə hər hansı travmaya məruz qalmamaları üçün hər şey yetkin biriylə danışırmış kimi uşağa danışılmalıdır” deyirlər. Aranızdakı  problemi  uşağa yansıtmayın. Uşaqların fiziki və psixi inkişafının ən yaxşı ailə içində tamamlandığına diqqət çəkən Psixiatr Nevzat Tarhan, uşaqların həm ana, həm də atanın diqqətinə, sevgisinə, qayğısına möhtac bir şəxs olduqlarını söylədi. Nevzat Tarhan uşağın psixi və zehni yönümlü inkişafının sağlam olmasının ən başda gələn şərtlərdən birinin, uşağın ideal ailə tərəfindən yetişdirməli olduğunu bildirdi. Boşanmanın uşağın heç istəmədiyi amma qaçılmaz olaraq nəticələrinə qatlaşmaq məcburiyyətində qaldığı bir vəziyyət olduğunu ifadə edən Prof. Dr. Nevzat Tarhan, boşanan cütlüklərin yetərincə məsuliyyətli davranmadıqları təqdirdə uşaqda uyum və davranış problemlərinə yol açacağını dilə gətirdi.  Uşaqlar ana və atasının ona görə anlaşa bilmədiklərini düşünür. Uşaq çox kiçik olsa belə ətrafında olub bitəni müşahidə etməklə problemləri hiss edər. Problemləri hiss edən uşaq sıxıntısını sözlə ifadə edə bilmədiyi üçün bunu fərqli şəkillərdə ərtafa  yansıdar. Bu hal dırnaq yemə, altını islatma şəklində ortaya çıxa bilər. Uşaqda psixosomatik xəstəliklər də yarana bilər : tez – tez xəstələnmək, qusma, bağırsaq pozğunluqları və s.  Evdən, məktəbdən qaçma, özünün olmayan əşyaları alma kimi davranışlar meydana gələr. Boşanan ailələrdə uşaq depressiyalarına tez – tez rastlanılır. Ailələr əllərindən gələni etməlidirlər ki, uşaq boşanmada özünün günahkar hiss etməsin.  Bununla yanaşı uşağın psixoloji ehtiyaclarının ödənilməsinə xüsusi diqqət etmək lazımdır. Ata və analar ayrılsalar belə analıq və atalıqdan imtina etməməlidirlər. Boşanmanın uşaqdan gizləniləcək bir vəziyyət olmadığını bildirən Nevzat Tarhan durumun uşağa izahının mütləq olduğunu vurğuladı . Uşağı böyük insan yerinə qoyub ona olub – bitəni anlaya biləcəyi bir dillə izah etmək amma qarşısındakının böyük insan kimi reaksiya verməyəcəyini qəbul edib səbirli və anlayışlı olmaq lazımdır. Valideynlər mütləq şəildə uşağı öz problemlərindən uzaq tutmalı , gücləri yetməyəcək əziyətləri onlara yükləməməlidirlər. Boşanmanı izah edərkən valideynlər sadə və düzgün izah etməlidirlər. 

 
HAZIRLADI :  SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN