Onları Yaxşı Yetişdirin

0
1873
Onları Yaxşı Yetişdirin

Övladlarınızı yaxşı yetişdirin. 
 
Hər zaman sadəcə doğruları dedirdin.
 
Ürəyi istəmədiyi üçün dərsini oxumadığında "işıqlar yanmırdı" deməsin.
 
"Vazanı kim qırdı?" dediyinizdə "mən qırdım" deyə bilsin.
 
Məsuliyyətli olmağı öyrədin.
 
Birini əzmədən də yuxarılara çıxa biləcəyini öyrədin.
 
Birini nümunə götürsün istəyirsinizsə; Hz. Mühəmmədi (s.ə.s) tanıdın ona...
 
Qızlarınızı yaxşı yetişdirin.
 
Namuslu olmağın ürəkdən gəldiyini öyrədin.
 
Evdən çıxan kimi, ətəyinin boyunu qısaltmağına ehtiyac olmadığını öyrədin.
 
İnsanın əxlaqının yalnız öz beynində olduğunu öyrədin.
 
Qısqanılmağın sevilməklə eyni olmadığını öyrədin.
 
Qısqanılmağın gözəl, hörmətsizliyin pis olduğunu öyrədin.
 
"Məni çox qısqanır, çölə çıxarmır, bunları geyinməyimə icazə vermir" deyən adamla qürur duymamağı, bunun əslində özünə təhqir olduğunu öyrədin.
 
Axtarıb: "Haradasan? Kiminləsən?" və.s.... deyən insana: "Səni tanımadan əvvəl necə davranacağımı bilmirdimmi?" deməyi öyrədin.
 
Amma, bu sözləri dedirtməməyin daha gözəl olduğunu öyrədin...
 
Oğullarınızı yaxşı yetişdirin.
 
Qarşı cinsə hörmət etməyi öyrədin.
 
Onu dünyaya gətirənin də, bir qadın olduğunu öyrədin.
 
Bir qadının çiyninə dost olaraq da sarıla biləcəyini öyrədin.
 
Sevməyin dəyər vermək olduğunu öyrədin.
 
Sahib çıxmaqla sahibi olmağın fərqli olduğunu öyrədin.
 
Həyat yoldaşına inanmaqla, xoşbəxt bir ailə sahibi ola biləcəyini öyrədin.
 
Evləndikdən sonra, həyat yoldaşına sadiq olmağı öyrədin.
 
Bütün gəncliyini bəziləriylə bərabər olaraq keçirtdikdən sonra, kimsəylə bərabər olmamış birini axtarıb, evlənmək istəməyinin ikiüzlülük olduğunu öyrədin...
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN