Məşğul Odunçu

0
9436
Məşğul Odunçu

 Ana və atalardan "Uşağım məni dinləmir" şikayətini çox eşidirik.  "Günahkar axtarmaq yerinə nümunə olmağa çalışmaq, ailə içi ünsiyyəti daha yaxşı hala gətirməliyik" deyən psixoloq məsləhətçi Əsərə Atəş Axının, bu mövzuda ailələrə təklifləri  var.


Uşağa  qışqıraraq  söz  dinlətməyə  çalışmaq  olmaz!

Övladınıza önəmli şeylər izah edərkən sizi diqqətə almamağı, başqa  işlərlə məşğul olması sizi olduqca hirsləndirər. Bununla bağlı olaraq böyüklərin səs tonları şiddətlənər. Uşağın diqqətini çəkmək üçün ana-ata yüksək səslə danışmağa başlar. Halbuki yüksək səsə qarşı uşaq özünü müdafiə etməyə çalışar, tamamilə dinləməməyə başlar və mühiti tərk edər. Bu bir böhran başlanğıcıdır.


Nitq demək uşağı sizdən uzaqlaşdırar!

Valideynlər uşağa nə qədər laqeyd və hörmətsiz olduğunu  xatırladırlar. Onun üçün edilən fədakarlıqlardan, həyatın çətinliklərindən bəhs edib dayanırlar. Belə hallar nəticədə uşağınızın sizdən uzaqlaşmasına, sizi bir yad olaraq görməsinə gətirib çıxarır. 

 

Ata-ana bir-birini günahlandırmağa başlar

Bəzən valideynlər uşağı günahlandırmaqdan imtina edər, bir-birlərini mühakimə etməyə başlar. Məhkəmə qurulmuşdur artıq. Günahın adı sabitdir; ana-ataya itaətsizlik. Amma müəyyən bir zaman sonra yoldaşlar bir-birini əzm etdirici olaraq günahlandırmağa başlar. "Sən üz verdin buna bu qədər" deyər ata. Ana da "İşdən gücdən bir az vaxt ayır, sən maraqlan uşağınla o zaman" deyər. Nəticə olaraq qazanan yox, amma uşağınız kifayət qədər psixoloji travma aldı!

 

Uşaqlar, ana-atalarının əksi olurlar!

Uşaqların həyatdakı ilk və ən əhəmiyyətli rəhbərləri ana-atalarıdır. Uşaqlar böyüklərin hərəkətlərini təqlid edərək həyatdakı bacarıqları öyrənirlər. Həyatdakı ən əhəmiyyətli bacarıqlardan biri də dinləmə bacarığıdır. Uşaqlar da bu bacarığı valideynlərinin onu dinlədiyi qədər əldə edirlər.

 

5 təklif:

- Övladınızı dinlərkən onun gözünün içinə baxın. Onunla danışarkən üz-üzə baxmanız, söylədiklərini diqqətə almağınız ən gözəl dəlildir. Beləliklə iki tərəfin də diqqəti başqa istiqamətlərə qaçmayacaq.

- O danışarkən sözünü  kəsməyin. Danışığının bitməsini axıra kimi gözləyin. Sözünü kəsib, şərh etməyə qalxdığınızda uşağınız özünü heç də yaxşı hiss etməyəcək.

- O danışarkən, onu danışmağa cəsarətləndirmək üçün;  "Hm, bəli, sonra..” və s. kimi sadə qəbuledici mesajları verin. O zaman, o, danışdıqlarının sizə aydın olduğunu hiss edəcək.

- İzah etdiyi vəziyyəti kiçik hesab etməyin, lağlağaya salmayın! Bizim sadə gördüyümüz vəziyyətlər onlar üçün kifayət qədər kompleksli və çətin ola bilər.

- O danışarkən başqa bir işlə məşğul olmayın. Bu vəziyyət onu və izah etdiklərini diqqətə almamağınızın bir göstəricisidir. Övladınıza ayıracağınız 5-10 dəqiqə, ona bir çox bacarığı qazandırarkən, aranızdakı əlaqəni də gücləndirəcək.

 


Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN