Övladınız Tənbəldir?

0
1821
Övladınız Tənbəldir?

Bəzən, övladlarımızın yüksək qiymətlər almamasını tənbəlliklər əlaqələndiririk. Tənbəllik etməsən çox yaxşı qiymətlər alarsan, dərs oxumursan, nəyin əksikdir? kimi sözləri çox işlədirik. Əgər uşağımız telefon və  kompüterlə  çox zaman keçirirsə onları əlindən almağın övladlarımızı dərsə yönləndirəcəyini düşünürük. Amma onlar gözümüzün içinə baxa – baxa televizor izləyərlər. Belə vəziyyətə diqqət əksikliyindən başqa dərsin başında oturmamaları da səbəb olur. Dərsin başında tez sıxılır, 10 dəqiqə sonra durub nə isə başqa şeylə məşğul olursa, bəhanə olsun deyə sizə suallar verirsə, üstəlik qiymətləri də aşağıdırsa bu əslində uşağınızın tənbəl olduğu anlamına gəlməz, sadəcə diqqəti tez dağılır və sıxılır. Diqqət əksikliyi düzəldikdə bu problem də aradan qalxar və  dərs oxumağa başlayarlar. Tənbəl dediyimiz heç bir uşaq tənbəl deyil. Dərs oxumur, dərsə başlamaq üçün özünü məcbur edə bilmirsə, tez sıxılırsa deməli mütləq onun bir problemi vardır. Bu problem həll olunmazsa dərs də oxuya bilməz, ürəyi sıxılar, diqqəti dağılar, başqa mövzular haqqında düşünər. Eyni vəziyyət məktəbdə də yaşanar. Müəllimlər, uşağın dərsi dinləmədiyindən, diqqətlərinin dalğınlığından şikayət edər. Belə  ki, "məni dinləmir, amma soruşanda cavab verir" deyirlər. Övladlarının vəziyyətindən bəhs edən valideynləır "mənim uşağım ağıllıdır, amma dərs oxumaq istəmir" deyərlər.  Bu cür uşaqlara diqqət əksikliyi deyildiyi zaman valideynlərin iki məsələdə etirazı baş qaldırar. Birincisi, "mənim uşağım zəkalıdır, onda diqqət əksikliyi ola bilməz". Əslində diqqət əksikliyi olan uşaqlarda zəka ilə bağlı problem olmaz. Ikincisi, "mənim övladımda diqqət əksikliyi yoxdur, elə olsa hiperaktiv olardı" deyirlər. Bu da doğruları yansıtmır, yəni çox sakit, ağıllı uşaqların dərs əsnasında diqqətləri yayınıb, başqa yerlərə gedə bilər. Belə ki, əgər uşaq dərs oxumursa, yəni oxuya bilmirsə, tapşırıqlarını etməkdə çətinlik çəkirsə  ona "tənbəl" damğası vurmadan öncə hansısa probleminin olub – olmadığını araşdırın. Müəllimlər, dərsi bilir, amma çox cüzi səhvlər edir deyirlərsə və siz də evdə övladınızın dərs başında normal otura bilmədiyini görürsünüzsə bu diqqət əksikliyinin işarəsi ola bilər. Mütləq dərman qəbul etməlidir deyə bir şey yoxdur.  Dərman xaricində olan üsullar da diqqətini toplamağa yardım edə bilər. Önəmli olan diqqət əksikliyinin nə səviyyədə olmasıdır. Çox təəssüflər olsun ki, bəzi valideynlər sanki övladlarının dərman qəbul etməsindən, asılılıq yarada biləcəyindən qorxurlar, uşağı psixiatra aparmır, yalnız imtahanda qiymətlər çox aşağı olanda məcburən müraciət edirlər.  Unutmayaq ki, dərmanların yan təsirləri doza ilə əlaqəlidir. Doza artdıqca yan təsirlər də arta bilir. Amma hər diqqət əksikliyində, davamlı olaraq dərman qəbul etməyə lüzum olmur. Sadəcə imtahanlarda problem yaşayan uşaqların imtahandan əvvəl dərman qəbul edib, xırda səhvlərə yol vermələri əngəllənir. Bu halda ailələr də uşağıma həmişə dərman verirəm qayğısı ilə yaşamazlar. Diqqət əksikliyi zamanı dərmanlardan başqa alternativ yolların olduğunu da unutmayaq. Övladınıza imtahanda uğurlar... 


 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN