Övladınıza Hirsləndiyinizdə Nə Etməlisiniz?

0
1878
Övladınıza Hirsləndiyinizdə Nə Etməlisiniz?

Çətin və gərgin anlarda övladınızı incitməmək, onu qorxutmamaq üçün bunları düşünün! Analıq dünyanın ən gözəl duyğularından biridir. Bir insan dünyaya gətirmək, övladı ilə bir – birindən gözəl anlar yaşamaq hər kəsin başına gələ biləcək ən möhtəşəm, əvəzedilməz duyğudur.  Amma iş bununla bitmir, zaman – zaman səbrin daşdığı və kontrolun itirildiyi anlar ola bilir. Yorğun bir gün sonrası uşağınız durmadan ağlayırsa,  eyni sualı dəfələrlə  verirsə, qabları yuyarkən ayağınızdan çəkirsə, yeni yuyulan paltarları balkondan aşağı atırsa bu əsəbləşmək üçün səbəbdir. Belə gərgin situasiyalarda valideynlər həm özləri çox qəzəblənir, həm də hadisəyə  çox ciddi reaksiyalar verə bilirlər. Bəs belə anlarda valideynlər övladlarını incitmədən vəziyyətdən necə çıxa bilərlər? Uşağınız xəstə ikən durmadan ağladığında və sizi istədiyində övladınızın: “anacan, sənə ehtiyacım var, tək dərmanım sənsən, mənə qayğı göstər.” Övladınız paltarları, qab – qacağı dağıdıb – tökəndə: “anacan, hər şeyi sənin kimi etmək istəyirəm.”  Ən sevdiyiniz filmə baxmağa imkan verməyəndə: “bu gün mənə az zaman ayırdın, səni yanımda istəyirəm.” Səni sevmirəm dedikdə əslində: “sənin məni çox sevmədiyini düşünüb qorxuram” demək istədiyini düşünün.  Bunu heç vaxt unutmayın:  o sizin bu dünyaya gətirdiyiniz əmanətinizdir. Onu səbrlə, sevgi ilə  böyüdün ki, irəlidə sağlam bir şəxsiyyət kimi yetişsin! Psixoloq Göksu Telmaç. 

Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN