Övladınızı Təbiyə Edərkən Bunları Unutmayın

0
2228
Övladınızı Təbiyə Edərkən Bunları Unutmayın

Uşaqların tərbiyələndirilməsinə təxminən 6-7 yaşlarından başlanılır. Valideynlərin övladlarına verdiyi tərbiyə çox önəmlidir. Nə məktəb, nə də cəmiyyət ana və atanın övladına verdiyi tərbiyəni verə bilməz. Amma valideynlər də uşaqlarını tərbiyə edərkən, 7 önəmli nöqtəni nəzərə almalıdırlar. 

1. Valideynlər uşağa yaxşı bir nümunə olmalıdırlar.

Davamlı yalan danışan, küfür edən, uşaqlarının yanında insanların zəifliklərini və eyiblərini açıqlayan valideynlərin uşaqlarının da bu davranışları sərgiləmələri təbii bir haldır. Bu səbəbdən ata və analar öz əziz övladlarının yanında çıxış edərkən, danışarkən diqqətli olmalıdırlar. Əgər istəyiriksə,cəmiyyətə gözəl əxlaqi xüsusiyyətlərə sahib övlad təqdim edək, onda gərək gözəl sözlər danışaq. 

2. Sevgiyə arxalanan bir tərbiyə metodu olmalıdır.

Uşağınıza dəyər verib sevginizi hiss etdirməniz,onun sizə qucaq açmasına səbəb olacaq.Oda sizi sevəcək və sizə məhəbbət göstərəcək. Verdiyinizi,əmirləri sevərək yerinə yetirəcək. Yox əgər öz övladınıza əxlaqi dəyərləri qəzəb və kin ilə öyrətməyə və ya deməyə çalışsanız,onda övladınız nəinki sizə qulaq asacaq, bəlkə sizdən intiqam almağada çalışacaq..oxuyan və savadlı uşaq.

3. Əxlaqi dəyərlər «qadağa zənciri» kimi təqdim edilməməlidir.

Çünki bu cür yanaşma tərzi, uşağın əxlaqi dəyərlərə qarşı sərt reaksiya verməsinə səbəb olacaq. Valideynlər məqbul və məntiqli izahlarla əxlaqi dəyərlərin lazımlılığını və bu dəyərlərə yiyələnməyin gündəlik həyatdakı əhəmiyyətini uşağa başa salmalıdırlar. Ümumiyyətlə,təlim və tərbiyə məsələlərində zor tətbiq etmək düzgün metod deyil. Bu cür tərbiyə tərzi uşağın formalaşmasındakı mənfi təsirini həyatın bütün sahələrində özünü əks etdirir.

4. Ana və ata birlikdə hərəkət etməlidirlər.

Atanın səhv tərbiyə metoduna ana düzəliş verməlidir. Və həmçinin ananın yanlış tərbiyə tərzinə ata düzəliş verməldir. Birlikdə övladın tərbiyəsində çalışmalıdırlar. Ata və ana tərbiyədə fərqli mövqedən çıxış etməməlidirlər. Çünki, bu,uşaqda çaşqınlıq yaradacaq.

5. Uşaqlar üçün yaxşı dostlar seçilməlidir.

Pis dost və ya mühit, uşağın əxlaqi inkişafının önündəki ən böyük maneələrdən biridir. Çünki, ailənin uşağa qazandırmağa çalışdığı müsbət davranışlar pis yoldaşlarının təsiriylə aradan gedir. Bu bir bənnanın gün ərzində min bir zəhmətlə tikdiyi divarın,eyni günün sonunda bəziləri tərəfindən yıxılmasına bənzəməkdədir. Ona görə də övladlarınızın kimlərlə dostluq etməsinə xüsusi diqqət yetirin.

6. Uşağı özbaşına buraxmayın.

Uşaqların yanlış davranışlarını böyüdüb təlaşlanmaq səhv bir addım olsa da, səhvlərini ciddi qəbul etməmək də bir o qədər səhv addımdır. Uşağın etdiyi səhvlər düzəldilməzsə və xəbərdarlıq edilməzsə,uşaq bunun normal bir davranış olduğunu düşünəcək və bu səhv addımları təkrarlamağa başlayacaq. Bu addımları nəinki evdə ailəsinə qarşı edəcək, hətta cəmiyyətdə dostlarına,böyüklərə qarşı da edəcək. Çünki, valideynlər vaxtında lazım olan xəbərdarlığı ona etməyiblər.

7. Uşağınızı kütləvi informasiya vasitələrinin,xüsusilə,internetin zərərlərinə qarşı qorumalısınız.

İndiki vaxtda bir xəstəlik halına gələn «internet» və «televiziya əsarəti» də uşaqları əxlaqi bir çöküşə sürüməkdədir. Xüsusilə,teleseriallarda uşaqlara nümunə olaraq təqdim edilən şəxslərin səviyyəsiz hərəkətləri, açıq-saçıq geyimi,uşaqların şəxsiyyət kimi inkişafına mənfi təsir göstərməkdədir. Bu cəhətdən övladınızın bu vasitələrdən istifadəsini həmişə kontrol altında saxlayın.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN