Xəritə Bölgənin Özü Deyil

0
1792
Xəritə Bölgənin Özü Deyil

Son olaraq Qarsda atasına yemək aparmaq üçün evdən çıxan 9 yaşındakı Mert Aydının  oğurlanmasından sonra ailələr daha da narahat olmağa başladılar. Evlilik və Uşaq Terapevti  Mütəxəssis Psixoloq Ramazan Şimşək, ailələrin uşaqlarını bu kimi hadisələrdən qorumaq üçün etməsi gərəkli olanları sıraladı. 

Ölkəmizdə uşaqlar xüsusilə uşağı olmayan ailələrə pul qarşılığında satma, dilənməyə ya da psixi sağlamlığı yerində olmayan şəxslərə zərər vermək məqsədilə oğurlanmaqdadır. Uşaq oğurluğu hadisəsindən sonra dövlətin mühafizə gücləri olduqca keyfiyyətli işləyir, amma bundan da əlavə ailələr özləri də gərəkli tədbirləri almalıdırlar. Uşaqların özlərini qoruya bilmələri üçün lazımlı təlimin erkən yaşlarda verilməsi vacibdir.  
• İlk olaraq valideynlər uşaqların  “mən”  sərhədlərinə həssaslıq göstərməlidirlər. Xüsusilə 3 yaşından sonra izin alınaraq öpülməsi, əşya və ya oyuncaqları üçün icazə istənilməsi, otağına girərkən qapının döyülməsi uşaqlara mənlik sərhədinin öyrədilməsi baxımından çox önəmlidir. 
• 3 yaşından sonra geyinərkən, soyunarkən, tualet və duşda ikən uşağınızın izin istəməsini təmin edin ki, sizin də mənlik sərhədinizin olduğunu öyrənsin. 
• Cəmiyyətimizdə çox rast gəlinən dişləyərək əzizləməyə əsla izin verilməməlidir. Kiçik yaşlarda belə əzizlənən uşaqlar təcavüzə qarşılıq verməkdə çətinlik çəkirlər. Çünki uşaqlar bunu sevməyin, oxşamağın  bir növü olaraq qəbul edirlər. 
• Yad insanların toxunmalarına izin verilməməlidir.  Küçədə, bayırda, alış – veriş mərkəzində tanımadığınız şəxslər kiçik yaşdakı uşaqları əzizləmək məqsədilə toxunmağa meyillidirlər. Təəssüf ki, bu hal bir çox ailələr üçün normal hal kimi qəbul edilir.  Belə vəziyyətlərdə toxunmağın yanlış olduğunu uşağa söyləyin ki,  uşaq da bunun normal davranış olmadığını öyrənsin. 
• Şiddətə məruz qalan uşaqlar qorxmağı və eyni zamanda cavab reaksiyası verməməyi öyrənirlər. Bu səbəbdən uşaqlara əsla şiddət göstərməyin.
• Kim olursa olsun mənlik sərhədinə müdaxilə edən şəxslərə qarşılıq verməsini gərəkdiyini öyrədin. 
• Tanımadığı şəxslərin hədiyyə ya da yeməklərini qəbul etməsinin doğru olmadığını öyrədin.  
• Servislə məktəbə gedən uşaqların  servisə minmə və düşmə məsafələrinin evə və məktəbə yaxın olmasına diqqət edin. 
• Təhlükəsizlik tədbirləri almadan uşaqlarınızı küçəyə, parka göndərməyin. 5 – 6 yaşlarından etibarən uşaqları qorxutmaqla oğurlamağa meyl etdiklərinə qarşı məlumatlandırın. 
 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN