Uşağa Çox Nadincsən Deməyin !

0
2434
Uşağa Çox Nadincsən Deməyin !

Ata və anaların uşaqlara qarşı düzgün olmayan yanaşmaları onların sosial həyatına mənfi yöndə təsir edir.

Bəs, ailələr nələrə diqqət etməlidir? Ana və ataların uşaq böyüdərkən ortaq hədəfləri vardır. Hər valideyn, uşaqlarının xoşbəxt və bacarıqlı olmasını, ətraf mühit ilə yaxşı əlaqələr qurmasını, məsuliyyət ala bilməsini və əxlaq sahibi bir şəxs olaraq yetişməsini istəyir. Uşağınıza nə etməməsini söyləməyin ! Övlad tərbiyə edərkən valideynlərin ən çox yanlışı uşağa xəbərdarlıq etmə üsuludur. Onların uşaqlarına olan münasibətləri nə qədər yaxşı niyyətli olsa da bəzən xoşagəlməz nəticələrə yol açar. Məsələn, otağını yığışdırmayan bir uşağa verilən xəbərdarlıq ”otağını dağıtma”, ya da qardaşına vuranda aldığı xəbərdarlıq “qardaşına vurma” şəklində ola bilir. Buna uyğun olaraq “qaçma, qışqırma, səs etmə” kimi xəbərdarlıqları da misal göstərə bilərik. Bu kimi ifadələr bir çox valideynlər tərəfindən davamlı olaraq istifadə olunur. Bəs görəsən faydası var mı? Təəssüflər olsun ki, bu xəbərdarlıqlar işə yaramır. Ailələr çox zaman belə deyir : divara desəm anlayardı, amma uşağım başa düşmür. Bəs burada tək günahkar uşaqdır?

Bəzən problemi özümüzdə axtararaq möcüzələr yarada bilərik. Edilən bütün yanlış xəbərdarlıqlarda biz uşağa nəyi etməməsini deyirik, amma necə etməsi gərəkdiyini söyləmir, düzgün davranışa yönləndirmirik. Beləcə də uşaq nə etməsi lazım olduğunu anlamır və həmin hərəkətinə davam edir. Məsələn, otağını səliqəli saxlamasını istədiyimiz uşağa “otağını yığışdır” deməyimiz onun üçün daha anlaşıqlıdır. Mədəni davran, sakit və rahat ol, normal səs tonu ilə danış, meyvə ye kimi yol göstərici yönləndirmələr vermək, uşaq üçün daha sadə və dəqiq olacaqdır. Başqaları tərəfindən davranışlarının məhdudlaşdırıdığını görən uşaq inadlaşar və daha əsəbi davranar. “Sən nadincsən, səliqəsizsən” kimi sözlər istifadə etmək olmaz. Heç bir xəbərdarlıq etməyək, bildiyi kimi mi qalsın? deyə soruşsanız, əlbəttə ki, yox cavabı verilər. Amma xəbərdarlıqda “sən” deyə müraciət edərək uyğun olmayan davranışı bildirən, bu davranışın sizdə yaratdığı duyğunu paylaşın və son olaraq mütləq bu davranışı niyə qəbul etmədiyinizi də izah edin. Məsələn, evə gələn qonaqla söhbət edən ananın sözünü kəsən “ana, ana “ deyərək araya girməyə çalışan uşağa “tez – tez sözümü kəsirsən” demək yerinə, sözüm kəsiləndə söhbətin sonunu gətirə bilmədiyim üçün çox rahatsız oluram deməyiniz daha açıqlayıcı hərəkətdir. Beləliklə uşaq öz davranışı ilə sizdə yaratdığı duyğunu hiss edəcək, başa düşəcək. Onu da qeyd edək ki, ata – ana olaraq onların uşaq olduğunu unutmayaq. Övladınızla davranarkən nəyi istəmədiyinizi yox, nəyi istədiyinizi ifadə edin. Bu halda həm özünüzdə, həm də övladınızda müsbət təsir yaratmış olursunuz. Rahat və xoşbəxt şəxs olmaqda özünüzdən başlasanız, övladınız da sizi nümunə olaraq qəbul edər. 

 
HAZIRLADI : SEVİNC  MƏMMƏDKƏRİMOVA 

ŞƏRH YAZIN