Uşağa Ölüm Xəbərini Verərkən Güclü Görünün...

0
1922
Uşağa Ölüm Xəbərini Verərkən Güclü Görünün...

Uşağınıza ölüm xəbəri verərkən güclü görünün deyən Psixoloq Çisem Doğanlaroğlu uşağa ölüm xəbərinin necə verilməli olduğunu izah etdi:  

Ata – anaların ən çox çətinlik çəkdiyi mövzulardan biri də uşaqlarına ölüm xəbərini verməkdir. Ailədə ana, ata, baba ya da birinci dərəcə böyüklərin itirilməsini uşağa birbaşa izah etmək lazımdır. Ölüm xəbəri uşağın yaşına uyğun şəkildə deyilməlidir. Uşağınıza ölüm xəbərini ilk verən siz olmalısınız. Çevrənizdəki insanların bu xəbəri sizdən əvvəl verməsi travmaya səbəb ola bilər. Uşağınıza xəbəri birbaşa və anlaşılır şəkildə verin. “ Öldü”,”Ürəyi  dayandı”, ”Artıq nəfəs almır” kimi anlayabiləcəyi dildə danışın.  ” Uzaqlardan bizi izləyir, o artıq mələk oldu ” kimi açıqlamalardan uzaq durun. Bu xəbəri verərkən sakit və səssiz yer seçin. Soyuqqanlı və güclü görünün. Uşağınızın sizi ağlayarkən, əsəb partlayışları keçirərkən görməsi aranızdakı münasibətləri  zədələyə bilər. Öldükdən sonra cənazə işləri haqqında uşağınıza məlumat verin. Uşaq mədəni dəyərləri bilməlidir. Ölümü izah edərkən yaşamağın nə olduğunu başa salın. Yaşamağın nəfəs almaq, yemək yemək, qaçmaq, yatmaq, mahnı oxumaq olduğunu, öldükdən sonra yaxınınızın bunların heç birini edə bilməyəcəyini izah edin.  Ölüm sonrası yas dövründə lazım gələrsə mütəxəssisdən yardım alın. Uşaqlar yaxınlarının itirilməsindən sonra yatağını islatma, barmaq əmmə, tik, yuxu problemləri, yemə pozuntuları, davranış problemləri, sosial içə qapanıqlıq, məktəbə getməyi istəməmə kimi reaksiyalar göstərə bilər. Bu hallar iki həftə boyunca davam edərsə mütləq  psixoloqunuzdan yardım alın. Həyatın davam etdiyini və hər şeyin normala qayıdacağını izah edin. Uşağınıza bir neçə gün içində əvvəlki kimi olacağını, yenə yoldaşları ilə rahat ünsiyyət qura biləcəyini, oyunlar oynayacağını bildirin. Ölən insanın xatirəsinə ağac əkə bilərsiniz. Bu tip fəaliyyətlər uşağınızın ölümü daha asan qəbul etməsini təmin edər.  Uşağınız kiçik yaşlarda yaşamış olduğu bu itkinin yasını irəliləyən yaşlarda tuta bilər, basdırılmış emosiyalarını nitq inkişafını tamamladığında ifadə edə bilər. Ölümü hər zaman gerçəkçi və anlaşılır şəkildə açıqlamaq uşağınızın yeniyetməlik və yetkinlik dövründə ayrılıqlara, itkilərə yönəlik qavramalarına adekvat istiqamətdə təsir edər. 

HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN