Uşağın Məktəbə Adaptasiyası Problemi

0
4607
Uşağın Məktəbə Adaptasiyası Problemi

Uzun bir yay tətilindən sonra dərslər başlayır...  Məktəblərin açılması özü ilə problemlər də gətirir. Hər uşaq məktəbə asanlıqla adaptasiya ola bilmir. Bu da valideynlərə tövsiyələr.... Uzun müddət valideynlərilə birgə olan uşaqlar yenidən məktəb nizam – intizamına əməl etməli olurlar və təbii ki, müəyyən çətinliklərlə qarşılaşırlar. Uşaq və yeniyetmə psixiatrı  Dr. Oğuzhan Zahmacıoğlunun tövsiyələri ilə övladınızın məktəb fobiyasını əngəlləyə bilərsiniz :

“Məktəb qayda – qanunları, tələbləri, məhdudiyyətləri ilə fərqli bir mühitdir, onu uşaqlarınıza oyun sahəsiymiş kimi tanıtmayın. Məktəbin evə oxşar tərəfləri təbii ki, vardır. Bu nöqtədə uşağı gözləyən şey fərqliliyin gətirdiyi yadlıq hissidir. Ata – ananın yox, başqa böyüklərin hökm etdiyi ortamda öz yerini tapma, digərlərini müşahidə etmək, vəziyyəti anlamaq məsələləri uşaqları olduqca yorar. Müəllim və valideynlərinin tələblərini anlamağa çalışan uşaqlarımız eyni zamanda digər uşaqlara yanaşma, başqa qrupa aid olma çətinlikləri və əlbəttə akademik göstəricilərini də yüksək tutma kimi tələbləri etməlidirlər. “ dedi.

Uşağın alışmış olduğu sistemdən digərinə girməsi və çıxması asan iş deyil. Səhər məktəb, axşam və həftəsonu isə ev. Yəni uşağın bu iki sistemə uyğunlaşması lazımdır. Bunu edərkən uşaq  iki ayrı – ayrı  şəxsin   (müəllim və valideyn) tələbləri, istəkləri ilə yanaşı öz arzularını da həyata keçirməyə çalışır. Ev tapşırıqlar və oyunu birlikdə idarə etmək böyük məharətdir. Amma bir çox valideynlər uşaqların oyun zamanlarına da müdaxilə edirlər. Halbuki, bu düzgün deyil, çünki uşağa təlim fəaliyyəti ilə yanaşı oyunları da əhəmiyyət kəsb edir. Dərsdən yorulan uşaqlar özlərinin  gərginliklərini azaltmaq üçün kompüter, tablet, TV və s. ilə zaman keçirirlər. Daha ümumi yanaşsaq əslində küçələri təhlükə altına alan yetişkin dünyası, oynayacaq küçə tapmadığı üçün tabletlərin başına keçmiş uşaqlarla savaş halındadır. Uşağın məktəbə adaptasiya ola bilməməsinin əsas əlamətləri kimi, iştahsızlıq, yuxu pozuntusu, gecə tez – tez oyanma, əsəbilik, inadkarlıq, qəmginlik və s.dir. Uşaqlarda sadalanan bu xüsusiyyətlərdən ən az birini belə görən valideynlər mütləq şəkildə mütəxəssisə, yəni uşaq və yeniyetmə psixiatrına, psixoloquna  müraciət etməlidirlər. Çünki bu problemlər öz – özünə keçib getməz. Keçmiş kimi görünən bu problemlər əslində müxtəlif şəkillərdə ifadə olunur. Əksər hallarda valideynlər bu cür problem yaşayan uşaqların məktəbini dəyişirlər. Kifayət qədər ciddi səbəblər yoxdursa bu addımın atılması doğru deyildir.

 

 

HAZIRLADI : SEVİNC  MƏMMƏDKƏRİMOVA 

 

ŞƏRH YAZIN