Uşağın Sosiallaşması Önəmlidir!

0
4962
Uşağın Sosiallaşması Önəmlidir!

Uşaqların inkişafı baxımından sosiallaşmalarının önəmli olduğunu vurğulayan mütəxəssis Pedaqoq Nilçin Doyran Bengisu, ailələrin uşağın sosiallaşması üçün nələr etmələri gərəkdiyini izah etdi. Uşaqların önəmli inkişaf mərhələlərindən olan sosiallaşma ən az digər inkişaf sahələri qədər vacibdir. Uşağın doğulduğu gündən etibarən çevrəsindəki şəxslərlə münasibətə girmə cəhdi, sosiallaşmanın ilk addımları kimi qəbul edilir. Körpəlik və ilk uşaqlıq dövrlərində uşaq çevrəsindəki yetkin insanlarla ünsiyyətə girərək onların sosial dünyasını anlayır. Beləcə uşaq model aldığı yetkinlərin davranışlarını təqlid edərək öyrənməyə də başlayar. Uşağın məktəbə başlaması ilə birlikdə sosial əhatə dairəsi də dəyişər. Məktəbəqədər illər uşağın sürətlə sosiallaşdığı dövrlərdir. Uşaq ilk dəfə valideynindən fərqli mühitdə öyrənməyə hazırdır və asılı olmadığını sübut etməyə çalışar. 

Ata – anaya bağlı uşaqlar: Müasir dövrümüzün tələbinə uyğun olaraq texnoloji alətlərdən sıx istifadə, park və bağçaların yetərsizliyi uşaqların sosiallaşmasına əngəl olaraq onları yalnızlığa yönəldir. Bu halda valideynlərin üstünə  uşaqlarının sosiallaşması üçün çox iş düşməkdədir. Valideynlər uşaqlarına evdən kənarda yaşına uyğun fərqli sosial çevrələr yaratmalı, film və teatra aparmalı, sosial inkişafını dəstəkləyən oyun və oyuncaqlara yer verməli, oyun qruplarına qatılması təmin edilməlidir. Boş zamanda faydalı fəaliyyətlərə yer verilməli, uşağın bacarıq və marağını ön plana çıxaracaq məkanlar yaratmalıdırlar. Hədsiz qoruyucu ya da hədsiz basqıçı davranış nümayiş etdirən ailələrdə, uşaqların özlərinə inamı aşağı olur və bu uşaqlar valideynlərdən asılı olurlar. Dolayısı ilə uşağın sosial əlaqələri də məhdud qalacaqdır. Uşağın maraq və bacarığına görə boş zaman fəaliyyətləri yaradılmalıdır. İdman, musiqi, kitab oxuma, ətraf aləmi tanıma, şəkil çəkmə kimi fəaliyyətlər bir yandan uşağın sosiallaşmasını təmin edərkən bir yandan da fiziki, zehni və emosional inkişafını dəstəkləyəcəkdir. 
 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN