Uşağınız Başqalarının Yanında Danışmır?

0
2847
Uşağınız Başqalarının Yanında Danışmır?

Selektiv mutizm yəni seçici danışmazlıq uşağın danışa bildiyi halda başqalarının yanında bu danışma bacarığını nümayiş etdirə bilməməsinə deyilir. Selektiv mutistik bir uşaq kənarda bağçada gördüyünüz hər uşaq kimi normal danışa bilir. Amma yad insanların yanında danışmaqda çətinlik çəkirlər.

Bəs bu rahatsızlığın əlamətləri nələrdir? Evdə çox rahat bir şəkildə danışa bilir. Hətta o qədər çox danışırlar ki, heç kimə söz haqqı vermirlər. Gördükləri hadisələri hər detalına qədər izah edə bilirlər. Çölə çıxdıqları anda əgər yanlarında onların səsini eşidə biləcək biriləri varsa ana və ataları ilə belə danışmazlar və ağızlarını daha möhkəm bağlayarlar. Bəziləri ana – atasının qulağına heç kimin eşitməyəcəyi bir şəkildə fısıltı ilə danışır. Gülməzlər, ağlamazlar və bəzən tam susqun olarlar. Xüsusən də sual veriləndə başlarını önə əyərlər.  Uşaqlarla oyun qruplarına qatılmaya bilərlər. Bəziləri məktəbdə yemək belə yeməz. Selektiv mutizmin ən çox rastlanan digər növü isə məktəb mutizmidir. Məktəb mutizmi olan uşaqlar sadəcə məktəbdə danışmazlar. Onlar məktəb daxilində müəllimlər, sinif yoldaşları hətta valideynləri ilə belə danışmazlar. Kinoda, parkda, restoranda normal danışan bu uşaqlar yanlarına bir müəlimi, yoldaşı gəldikdə o dəqiqə susarlar.  Sinif yoldaşları ilə çox rahat danışan , amma sadəcə müəllimlər və məktəb rəhbərliyi ilə danışmayan (avtoritar mutizm) uşaqlar da bu qrupa daxildir.

Seçici susqunluq  nə zaman ortaya çıxar? Normalda ailələr uşaqlarının selektiv mutizmli olduğunu ilk dəfə bağçada anlayarlar. Amma selektiv mutizmin işarələrini daha əvvəlki dövrlərdə görmək mümkündür. Əslində onsuzda selektiv mutizmli olan uşaq  daha uzun müddət qaldığı bağçada müəllimi tərəfindən aşkar olunar. Məktəbdən öncəki dövrdə uşağın qonşu ziyarətlərində və ya oyun parkındakı içinə qapanıq və səssiz davranışları çox zaman utancaqlıq olaraq bilinir. Bu davranış uşaq həkiminə olan ziyarətlərdə də özünü göstərər. Burada uşaqlar  normal olmayan halda uzun müddət sakit və səssiz şəkildə oturub gözləyə bilərlər. Burada uşaqlar həkimin göstərişlərini yerinə yetirməzlər, halbuki evdə çox uyumludurlar. Hərəkətlidirlər, çox danışandılar və yerində durmazlar. Amma bağçada müəyyən zamandan sonra (ən az bir ay) uşaq günlük fəaliyyətlərə qatıla bilməli və digər uşaqlarla yaxud müəllimləri ilə dialoqa girə bilməlidirlər. Əgər bu olmazsa əsasən ana – ataları və müəllimlər tərəfindən xəbərdar olunarlar. Valideynlər ilk olaraq uşaqlarının səssizcə bir kənarda oturmasına inanmazlar. Bu problemin səbəbləri nələrdir? Hər hansı bir pozuntunun səbəblərini dəqiq və açıq şəkildə demək həmişə asan olmur.  Bir çox rahatsızlıqlar fərqli səbəblərin bir – birinə təsiri ilə ortaya çıxar. Selektiv mutizmin ortaya çıxmasında rol oynaya biləcək bəzi faktorlar aşağıda sıralanmışdır. Amma sadəcə bunlar problemin yaranmasına səbəb olur deyə bilmərik.  Bu faktorlar, bəzilərinin ortaya çıxmasında rol oynaya bilər amma hamısında eyni  səviyyədə olmur.  Dil və nitq pozuntuları: kəkələmə, gec danışma, tələffüz pozuntuları, ailədə bənzər problemin  olması, xüsusilə ata – anadakı utancaq və səssiz xarakter, ailədəki psixoloji rahatsızlıqlar, həddən çox qoruyucu, qayğılı ana – ata, valideynlərdəki danışıq pozuntuları və ya danışılan dilin məkana görə aksentli (şivəli) və ya fərqli olması, yaxın birinin itirilməsi, anadan ayrılıq və ya özgüvənini zədələyən hallar, bioloji faktorlara görə isə yaralanmalar, xəstəliklər, çirkin olduğunu düşünmə, inkişaf pozuntuları, ağız quruluşundakı yaralar, diş əti xəstəlikləri və yara izləri.

Valideynlər necə davranmalıdırlar?  Uşağı danışması üçün zorlamayın və heç vaxt basqı etməyin. Bu hal tam tərsinə təsir yarada bilər. Eyni zamanda bacarıqsızlıq duyğusunu dəstəkləyəcək və problemi daha həll olunmaz hal alacaqdır. Niyə danışmırsan, nə oldu? kimi suallar verməyin. Bunu uşaqlar yox, hələ heç mütəxəssislər belə həll edə bilməyib. Cəzalandırma və rəğbətləndirmə üsuluna qətiyyən baş vurmayın. Kiçik şeylərlə uşağı danışdırmağa çalışmayın, bacarmazsınız. Ən qısa zamanda bu mövzu haqqında məlumat toplayın və bu problemi aradan qaldıra biləcək loqoped, uşaq psixiatrı və uşaq psixoloqu tapmağa çalışın. Dil və Danışma Terapevti Pedaqoq Veysel Kızılboğa.

Tərcümə etdi: SEVİNC MƏMMƏDKƏRİMOVA  

 
 

ŞƏRH YAZIN