Uşaq sahibi olmağın özəllikləri ...

0
1716
Uşaq sahibi olmağın özəllikləri ...

 Övladları ilə vaxt keçirən ata analar övlad sahibi olmayanlarla müqayisədə daha sağlam olurlar. Bəli, bəli... Əgər övlad sahibisinizsə, o zaman yaşadınız, özü də sağlam yaşıadınız deməkdir!


Bunu mən yox, valideynlər üzərində aparılan ən son araşdırmalar belə deyir. Övlad sahibi olmağın özəllikləri yalnız bununla da kifayətlənmir. Həmin valideynlərin infeksiyalara qarşı da daha dözümlü olduğu müşahidə olunub. 

Belə ki, 800 insan üstündə aparılan təqiqatda, bütün iştirakçılara "qirip" virusu vurduqlarını, nəticədə uşağı olan 450 nəfərin xəstələnmədiyini, 350-sinin isə şiddətli şəkildə xəstələndiyi üzə çıxıb. Həmin 350 nəfərin isə uşaq sahibi olmadığı məlum olub.

2009-cu ildə edilən başqa bir araşdrmada, uşaqları ilə birgə yaşayan anaların, qan təziqləri yaşı neçə olursa- olsun çox ciddi xəstəliyi yoxdursa, normal olduğu müəyyənləşib.

Həə, bu arada uşaqlar ömrünüzü də uzadır

Norveçdə edilən bir araşdırma bunu deməyə əsas verir. Uşaq sahibi olan insanların, olmayanlardan çox yaşadığı aparılan təqiqatlarda ortalığa çıxıb.

1935 və 1968-ci illər arasında dünyaya gələn Norveçlilərin, uşaq sahibi olmayan vətəndaşlarının orta yaş həddi, 45 yaş olduğu məlum oldu. Lakin uşağı olan Norveçlilərin orta yaş həddi 68 yaş olduğu müəyyənləşib. Bu hal iki uşağı olan insanlara aiddir.

Bundan başqa dünyada uşaq sahibi olan kişilərin uşağı olmayanlardan 35% daha çox yaşadığı, qadınların isə 50% daha çox yaşadığı ortaya çıxdı. Lakin bu iki və daha çox uşaq sahibi olanlara şamil edilir. Bir uşağı olanlarda isə bu faizlər bir az aşağı düşür.

ŞƏRH YAZIN