Uşaqlarda Oğurluğun Səbəbləri

0
2060
Uşaqlarda Oğurluğun Səbəbləri

Uşaqlarda oğurluq nədən qaynaqlanır? Bu davranışın qarşısını necə almaq olar? Bu problemlə baş edə bilməyən valideynlərə tövsiyələr... Məktəbəqədər yaşlı uşaqlar əsasən ağıllarına gələni edirlər. Bu onların dünyanın sadəcə onların ətrafında fırlanırmış kimi davranmaları ilə bağlıdır. Hətta  bu dövr “eqosentrik” dövr adlanır. Bəyəndiyi oyuncağı, konfeti, hər hansısa əşyanı cibinə atmaq da bu yaşlardan başlayar. Ailələr isə övladlarının oğurluq etdiyini düşünərək narahatlıq keçirirlər. Halbuki, mülkiyyət qavrayışı  7 yaşından başlayır. Yəni 7 yaşdan aşağı cibə atmalar oğurluq hesab edilməməlidir. Ailələr çox zaman “geri qaytarmalıyıq, olmaz, icazəsiz almaq olmaq, o başqasınındı, pulunu ödəməliyik” kimi sözlər deyərərk  utanır, uşağı doğru yola yönləndirməyə çalışır və uşağın hər hərəkətini izləyir. Təqiblər uşağın oğurluğunu aşkara çıxarmaq məqsədli yox, hər kəsin özünəməxsus əşyası olduğunu, sahibinin əşyasını axtara biləcəyini, izin alaraq götürməyi öyrətmək məqsədi daşıyarsa uşaq doğru davranış öyrənə bilər. Günahlandırmaq, cəzalandırmaq, əşyanın sahibi ilə uşaq arasında tərəf tutmaq vəziyyəti daha da gərginləşdirər.  Bununla yanaşı mülkiyyət qavrayışı yaranmış uşaqlarda da bu  görülə bilir. Belə  halda hadisəni oğurluq kimi qiymətləndirə bilərik, lakin uşağı bu hərəkətə təhrik edən səbəblər də gözardı ediləməməlidir. Uşağın daxili stressini artıra biləcək evdə və ya ətrafda baş verən hüzursuzluqlar, sevgiyə olan təlabatının kifayət qədər ödənilməməsi, şiddətə məruz qalma, sevdiyi  birini və ya ev heyvanını itirmə kimi travmatik hadisələr uşağı bu davranışa sürükləyə bilər. Problemi aradan qaldırmaq üçün edə biləcəyimiz ilk şey bu problemin səbəblərini anlamaq və həll etməkdir. 

Oğurluq etməməsi üçün – ona sevgi ilə yaxınlaşın, qayda – qanun mövzusunda ciddi olun, ev içində şəxsi əşyalarınızı ayırın, icazəsiz əşya alış – verişi etməyin. Güclü tərəflərini inkişaf etdirə bilməsi üçün ona yardım edin, uğurlarını dəstəkləyin, övladınızın günlük yaşamını onunla danışaraq izləyin, bir şeyi əldə etmənin yollarını öyrədin. 
Əgər oğurluq edərsə - sakitliklə qarşılayın və səbəblərə diqqət yönəltməyi unutmayın, vəziyyəti ailə içində və ya çevrəyə qarşı ört – basdır etməyin, uşağın davranışını dürüstlüklə qəbul etməsini və əşyanı sahibinə geri qaytarması üçün istiqamətləndirin. Təhdit etməyin, oğru damğası vurmayın, davranışının yanlış olduğunu bildiyi üçün rəddetməsi ehtimalına hazır olun, yardıma hazır olduğunuzu hiss etdirin, övladınızın digər davranışlarını gözətləyin, yenə də bu davranışına davam edərsə bir mütəxəssisdən yardım almağa çəkinməyin. 

 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN