Uşaqlarda olan oğurluğa səbəb???

0
2232
Uşaqlarda olan oğurluğa səbəb???

 Oğurluq heç də yaxşı vərdiş deyil. Oğurluq edən şəxs üstü açıldığı halda qanunla cəza ala bilər. Ona görə, körpələri uşaqlıqdan bu vərdişdən yayındırmaq lazımdır. Ona görə, indi uşaqların etdiyi oğurluqlardan başlayacağıq. 


Əvvəlcə uşaqdakı almaq istəyi ilə oğurlama istəyini bir-birindən ayırmalıyıq.

3-4 yaşındakı uşaqlar özlərinə aid olmayan əşyaları götürməmələri lazım olduğunu bildikləri halda, götürmə istəklərinə qarşı qoya bilməzlər. 5-8 yaş aralığındakı uşaqların bəzilərində valideynlərinin xarab pullarını oğurlayanlara, məktəb yoldaşlarının qələmlərini silgilərini oğurlayanlara rast gəlinməkdədir.

Kiçik uşaqlardakı bu oğurlama arzusunun təməlində başlıca iki əbəb yatmaqdadır. Birincisi valideynlərin məsuliyyətsiz olmaları və uşağı öz halına buraxıb, müəyyən qaydalara alışdırmamış olmaları. İkincisi isə sevgi əskikliyidir. Uşaq içindəki sevgi boşluğunu, fərqində olmadan oğurladığı əşya ya da pulla doldurmaqdadır.

Uşaq valideynlərindən ya da yoldaşlarından istədiyi əlaqəni görə bilmədiyi zaman, intiqam almaq üçün bir şeylər oğurlayar. Daha sonra etdiyi oğurluqdan peşmanlıq duyduğu üçün etdiyi davranışın bir şəkildə görülməsini təmin edər. Beləliklə içindəki peşmanlıq duyğusunu götürəcəyi cəzayla yüngülləşdirməyə çalışar.

Uşaq yalnız öz evindən bir şeylər oğurlamaqla qalmayıb, məktəbdə və yoldaşlarının evində də davam edirsə uşaqdakı bu oğurlama hərəkətini psixoloji problem olaraq görmək lazımdır.

Bütün bu səbəblərin xaricində son olaraq birdə qeyri-iradində reallaşdırılan oğurluq vardır. Bu oğurluqda uşaq maddi dəyəri olmayan və ehtiyac duymadığı əhəmiyyətsiz əşyaları oğurlayar. Bu uşaqlar oğurlamadan əvvəl böyük bir stress, qorxu yaşayarkən oğurlama əsnasında böyük bir rahatlama yaşayarlar. Bu uşaqlar çoğurladıqları obyektləri atır, başqalarına verir, saxlayır ya da daha sonra yerinə qoyurlar.

ŞƏRH YAZIN