Uşaqların heyvan sevgisi ...

0
3572
Uşaqların heyvan sevgisi ...

 Uşaqlar heyvanları çox sevər. Nəzər yetirsəniz, onlar arasındakı sevgini aydın müşahidə edə bilərsiniz. Heyvanlar həm də uşaqların inkişafında müsbət rol oynayır. 


Uşaqların inkişafında müsbət rol oynayan heyvanlar, uşaqların sosial varlıq kimi yetişməyinə də təsir edir. Mütəxəssislər məsləhət görür ki, heyvanları uşaqlara alınıb-satılan canlı kimi varlıq kimi təqdim etmək lazım deyil. Valideynlər heyvanları uşaqlara sevdirməyi və qayğısına qalmağı öyrətməlidir. Türkiyəli uşaq psixoloqu Ayşən Kayahan heyvanların uşaq həyatında ciddi yer tutduğunu deyib. 

"Ev heyvanlarına oyuncaq kimi baxırlar"

O, bildirib ki, uşaqlar çox vaxt ev heyvanları ilə oyuncaqları səhv salır. Uşaqlar valideynlərdən evdə saxlamağa hansısa heyvan istəyir. Valideynlər isə uşaqların xahişini yerinə yetirib ev heyvanı alır. Uşaqlara heyvanları adi bir varlıq kimi tanıtmaq düzgün deyil. Çünki heyvanlar uşaqların gözündə lazımsız bir şey kimi formalaşmağa başlayır və heyvanları istədikləri vaxt tullaya biləcəyini düşünür. Halbuki, heyvanlarla uşaqlar arasındakı ünsiyyət düzgün şəkildə öyrədilsə, bu hər iki tərəfə də faydalı ola bilər. Xüsusən də uşaqların zehni inkişafının artmasına səbəb ola bilər. 

Psixoloq hesab edir ki, heyvan sevgisi uşaqlara məsuliyyət hissini aşılayır. Çünki uşaq ikən artıq canlı bir varlığın bütün məsuliyyətini öz üzərinə alır. Onu sevmək, bəsləmək və qayğısına qalmaq, dolayısı ilə başqa insanların da varlığının dəyərli olduğunu hiss etdirir. Bu şəkildə uşaq daimi alıcı deyil, həm də verici (uşaqların valideynlərdən olan tələbləri nəzərdə tutulur) olmağı bacarır. 

İtlər isə uşaqlara sədaqətli olmağı öyrədir və sevginin qarşılıqlı bir şey olduğunu başa düşür. Uşaqların heyvanlarla əlaqə qurmağı, dostları ilə də ünsiyyətə təsir edir. Bu əlaqə sayəsində uşaqlar paylaşmağı öyrənir.

ŞƏRH YAZIN