Valideynlər yoxsa baxıcılar ...???

0
1871
Valideynlər yoxsa baxıcılar ...???

 Bəzən yeni valideyn olan şəxslər işlərindən dolayı körpələrinə baxa bilmir və məcburən baxıcılara üz tutur. Amma unudurlar ki, körpə üçün ən münasib qəyyum ata-anadır. Başqaları bu sahədə nə qədər böyük bilik və təcrübəyə malik olsalar da, körpənin valideyn məhəbbətinə olan ehtiyacını ödəməkdə acizdirlər. Valideyndə mövcud olan himayə hissi bəşər nəslinin davamı üçün ən əsas amildir. Əgər Yaradan ata-anaya belə bir hiss əta etməsəydi, nələr baş verə bilərdi!


Valideyni övlad qarşısında məsuliyyətli edən hiss dərk edilməyən bioloji bir qüvvədir. Bu qüvvə sayəsində valideynin rəftarı körpədə təsir qoyur və qarşılıqlı olaraq, körpə valideyni mütəssir edir. Körpənin fəaliyyəti artdıqca valideyn bu fəaliyyətlərdə daha çox iştirak edir. İlk təbəssümünün sizdə oyatdığı həyəcanı görən körpə təkrar-təkrar gülümsəməklə sizdən xoş emosiyalar gözləyir. Valideyn bu rəftarı ilə öz hisslərini körpəyə tanıtdırır və biliklərini növbəti nəsilə ötürür. Beləcə, hər gün yeni analar və yeni körpələr haqqında eşidirik. Onların çöhrəsindəki razılıq hissi, övladdan duyulan sevinc, ona qayğı ehtiyacı təbiətin möcüzələrindəndir.

Müxtəlif canlılar arasında ana-bala yaxınlığının insanda yaratdığı xoş təəssürata diqqət etmisinizmi? Bu səhnələr insana bir zaman valideynləri ilə yaxınlıqdan duyduğu asayiş hissini xatırladır. Valideynlə övlad arasındakı bioloji bağlılıq insanı öz övladını qorumağa vadar edir.
Hamiləlik dövrü, doğuş zamanı və doğuşdan sonra hormonların çoxunda dəyişiklik baş verir. Bu dəyişiklik doğuşdan sonra üç-dörd həftə davam edir. Hormon dəyişikliyi doğuşa aid olub, körpəni qarşılamaq üçün ananı hazırlayır. Məsələn, hormon dəyişikliklərindən biri ananın döşlərində südü hərəkətə gətirir.

Heyvan doğduğu baladan dərhal ayırılırsa, onu saxlamaq üçün zəruri olan analıq vərdişlərindən məhrum olur. Belə bir hal da müşahidə edilib ki, körpə anasından uzun müddət ayrıldıqda ananın onu qucağa almaq üsulunda dəyişiklik baş verir. Demək, ana doğuşdan dərhal sonra körpəsinə qayğı göstərməlidir. Çalışmaq lazımdır ki, doğuşla ananın qulluğu arasında fasilə az olsun.

ŞƏRH YAZIN