Hacı Zeynalabdin Tağıyev

0
8168
Hacı Zeynalabdin Tağıyev

Uşaqlar “güvəniləcək xoşbəxt anaya” yoxsa “mükəmməl anaya”  ehtiyac duyar? Psixiatr E. Onur Özalmete, uşağın “xoşbəxt anaya”  ehtiyac duyduğunu bildirdi və xoşbəxt ana olmanın sirlərini bölüşdü. Xoşbəxt ana ola bilmək bütün anaların xəyalıdır. Çünki, xoşbəxt ana xoşbəxt uşaqların yetişməsində başlıca faktordur.  Analar “xoşbəxt ana ilə mükəmməl ana”  arasındakı fərqi ayırd etməlidir. Ananın uşağa yansıtdığı bəzi faktorlar körpənin xoşbəxtliyini əngəlləyər. Depressiyada olmaq, narahatlıq keçirmək, natamamlıq hissi yaşamaq, uşağa görə  özünü günahkar hiss etmə, çarəni kənarda axtarmaq  bu faktorların başında gəlir. Ana ən yaxşısını etməyə çalışarkən narahat və qayğılı biri vəziyyətə düşər. Ata da daxil oolmaq üzrə hər kəsi və hər şeyi yönəltməyə çalışar. Yetərincə yaxşı ana olmaq uşağın emosional və fizioloji təlabatlarını doğru anlayıb, güvən verici, sakitləşdirici bir ifadə ilə ehtiyaclarına ən uyğun cavabı verməkdir. Kifayət qədər yaxşı ana olmaq üçün edilməsi  lazım olanlardan biri də sərhədləri dəqiq müəyyənləşdirə bilmək, yəni  “yox”  deməyi bacarmaqdır.  Sərhədlər uşağın özünü güvəndə hiss etməsini təmin edər.  Burada əsas məqsəd uşaqda qayda – qanunları olan etibarlı bir həyat hissi yaratmaqdır. Həyatın təməl qaydalarını və sərhədlərini öyrənmək uşağın əsas ehtiyaclarındandır.  Uşaqlar 2 yaşından etibarən sərhədləri öyrənmək üçün valideynlərini sınayarlar.  Bu davranışlar təxminən 6 yaşına qədər davam edər. 

Xoşbəxt ana olmaq üçün tövsiyələr:  Təhsili məktəbin öhtəsinə buraxın. Təhsil verməyə çalışmaq yerinə keyfiyyətli zaman keçirin. Oyun oynayın. Oyunda önəmli olan onun təlim verici deyil, uşaq üçün maraqlı və əyləncəli olması, ən əsası isə sağlam ünsiyyəti aşılamasıdır. Bu sizə də sərf etməlidir. Həzz almadığınız oyunu oynamayın. Özünüzün yaşaya bilmədiklərinizi, ideallarınızı uşağın sayəsində həyata keçirməyə çalışmayın.” Mən oxuya bilmədim, o oxusun”  deyə düşünərək hərəkət etməyin. Özünüzü təkmilləşdirin ki, uşaqlar da sizə baxıb öyrənsin. “ Heç kitab oxumur...”  Bəs siz oxuyursunuz? 
 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN