Yeniyetmə Yaşın Böhranı

0
8020
Yeniyetmə Yaşın Böhranı

Yeniyetməlik yaşları və bu dövrdə məktəblilərlə düzgün iş formaları və istiqamətləri seçmək zamanı unutmaq olmaz ki, bu dövr insan həyatının ən böhranlı çağlarıdır.Psixoloqlar tərəfindən yeni böhran onun xarakteri və əhəmiyyəti,baş vermə səbəbləri müxtəlif şəkildə başa düşülür.Çox tədqiqatçılar bu dövrün cəmiyyətin bütövlükdə yeniyetmələrə düzgün olmayan münasibəti kimi izah olunur.Qeydlərə görə şəxsiyyət yeni yaş mərhələsində qarşısında duran problemləri sadəcə olaraq həll etməkdə çətinlik çəkir.Bir sıra alimlərin fikrincə,bu inkişaf mərhələsinin yeniyetmələr tərəfindən nisbətən sakit keçirilməsi “böhransız” nəzəriyyələrin irəli sürülməsinə səbəb olmuşdur.

L.S.Viqotski onu qeyd edir ki,böhranın hər bir neqativ simptomunun arxasında pozitiv məzmun gizlənib ki,bu da yeni,ali formaya keçməkdir.Böyüklər adətən çalışırlar ki,yeni tələbatların ödənilməsi üçün şərait yaratmaqla böhranın qarşısını alsınlar.Ancaq təcrübə göstərir ki,uşaqlar bir qayda olaraq valideynlərini buna məcbur edir ki,sonradan icazə verilməyən hərəkətləri etməklə öz qüvvələrini yoxlasın,şəxsi çalışmaları nəticəsində öz müstəqillik çərçivəsini genişləndirsin.Məhz belə toqquşmalar zamanı yeniyetmə özünü tanımağa,qiymətləndirməyə,imkanlarını görməyə başlayır,özünütəsdiqləmə tələbatını ödəyir.O hallarda ki,bu baş vermir,ondakı yeniyetməlik dövrü sakit,konfliktsiz keçir,onda çox zaman sonradan gecikmiş,ona görə də daha əzabverici böhran baş verir.Bu da 17 – 18,bəzən də bir az da gec yaşlarında özünü göstərir və uşağın uzun sürən infantil mövqeyini xarakterizə edir.Beləliklə,yeniyetmə nisbətən qorxulu olmayan şəraitdə gedən müstəqillik uğrunda mübarizədə özünüdərketmə və özünütəsdiqləmə tələbatlarını təmin edir.Onda bu zaman nəinki özünə inam hissi yaranır, həm də əxlaq qaydaları formalaşır.Bu da gələcəkdə rastlaşdığı həyati çətinliklərin öhdəsindən gəlməyə imkan yaradır.
Bütün böhran dövrlərində olduğu kimi yeniyetməlik yaşlarının da böhranı üç mərhələdə keçir:
1.Neqativ və ya böhran qarşısında,başqa sözlə, köhnə vərdişlərin,stereotiplərin,əvvəldə formalaşmış strukturlarının dağılması
2.Böhranın kulminasiya nöqtəsi,bu da yeniyetməlik yaşlarında bir qayda olaraq,13 yaşında baş verir,ancaq fərdi variantlar da özünü göstərir;
3.Böhranlı fazadan sonrakı dövrüdür ki,bu zaman yeni strukturlar,yeni münasibətlər və s. formalaşır.
 
Psixoloji ədəbiyyatda yaş böhranı axınının əsasən iki yolu təsvir olunur:
1.Müstəqillik böhranı
2.Asılılıq böhranı

Müstəqillik böhranı ən geniş yayılmışdır və simptomları aşağıdakılardır:
-Höcətçi,inadkar,tərslik,hər şeyə neqativ münasibət,özbaşınalıq,mülkiyyətə qısqanclıq.Əgər 3 yaşlı uşaqda mülkiyyətə qısqanclıq başqa uşaqlarla oyuncaqları bölüşmək istəməsində özünü göstərirsə,bu tələbat yeniyetmədə onun stolunun üstündəkilərə başqalarının toxunmasına,otağa heç kəsin girməsinə razı olmadıqda,sözün qısası,onun qəlbindəkilərlə maraqlanmamaq istəyidir.
 
Asılılıq böhranının simptomları isə sadaladıqlarımızın əksinədir.Həddindən artıq başqalarına qulaq asmaq,yaşlılardan,güclülərdən aslılıq, köhnə maraq və əxlaq formalarına,tənəzzülə aludə olmaq,həvəs göstərmək.
 
Onu da nəzərə almaq lazımdır ki,böhranlı dövrlərdə ailədə narahatlıq törətməyən uşaqlar da diqqət mərkəzində olmalı və psixoloqlardan psixoloji dəstək almalıdırlar.Bir sözlə,bu dövrdə yeniyetmələri başa düşməyi bacarmalı və onlara vaxtında kömək göstərmək lazımdır.
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN