Nlp - Mükəmməlliyə Gedən Yolun Xəritəsi!

0
2056
Nlp - Mükəmməlliyə Gedən Yolun Xəritəsi!

İnsan yeni dünyaya gəldiklərində yaradıcılıq adlı məfhumla bir yerdə doğulur. Kimisi yaradıcılığı özündə kəşf edə bilir, kimisi üçün bu həmişəlik sirr qalır. İstər böyüklərin, istərsə də təhsil sisteminin səhv istiqamətləndirməsi nəticəsində yaradıcılığımız körpəliyimizdən başlayaraq, zamanla gedərək azalır və sonunda da həyatımızdan bütünlüklə silinib gedir. Əslində hamımız, yaradıcılığımızı bir şəkildə istifadə edə bildiyimiz fəaliyyət və işlərin köməyiylə daha xoşbəxt və daha sağlam insanlar oluruq. İstər şahanə bir yağlı boya şəkil, istər öz uydurduğumuz bir yemək resepti, istərsə də yığıncaqda önə atdığımız çətin bir işin həllinə istiqamətli yeni bir fikir… Bütün bunlar yaradıcılığımızın əsəridir. Daha yaradıcı ola bilməmiz üçün bir neçə tövsiyyəyə yox deməzsiniz. Aşağıda sıralayacağım, sadəcə 10 dəqiqəlik xırdalıqların həyatınızın yaradıcı anlarında iştirak etməsini arzulayıram.

Musiqi dinləyin; Melodiyalar beyninizin mühərrik hərəkətlərinə duyğuları və yaradıcılığa nəzarət edən qismini hərəkətə keçirər. Hətta, xüsusilə klassik musiqi dinləmək, konsentrasiya səviyyənizi artıracaq.

Qələm və kağız istifadə edin; Klaviatura və word proqramının yaradıcılığınıza qatqısı nə ölçüdədir bilməyirəm, amma gerçək kağız qoxusu və barmaqlarınıza bulaşan mürəkkəbin gerçək bir yaradıcı müddəti işarələdiyindən əminəm. Sizə də faydası ola bilər.

Başqalarından məsləhət almaqdan çəkinməyin; Yeni fikirlər bəzən düşüncələrinizdə yeni bir baxış axışına çatmanızı təmin edə bilər. Yeni bir perspektiv yaradıcılığı hər vaxt dəstəklər.

Sərbəst düşüncə; Məsələn, bir lüğətdən hər hansı bir söz seçin və sizə uyğun bütün sözləri bir yerə qeyd edin. Çaşdırıcı bir şəkildə, bu azad yanaşma sayəsində yaradıcılığınızı dəstəkləyər. Sərhədlərin qaldırıldığı azad bir mühitdə daha yaradıcı olarıq.

Çox uzaqlarda bir yeri düşünün; Araşdırmalara görə, keçmişdəki ya da gələcəkdə reallaşacaq hadisələri düşünmək, eyni şəkildə uzaqdakı bir məkan haqqında xatırladıqlarımıza bir nəzər salmaq, yenə düşüncələrimizi sərbəst buraxacaq və beləliklə yaradıcılığımızı artıracaq.

Mavi və ya yaşıl rəngə baxın; Bu iki rəng də idrak tələb edən fəaliyyətlərdəki performansı artırmaqdadır. Araşdırmalara görə, bunun səbəbi mavini dənizlə, göy üzüylə, ümumi mənada təmizlik və açıqlıqla qaynaşdırmamızdan qaynaqlanmaqdadır. Yaşıl isə başlı-başına inkişafı işarələyən bir rəngdir.

Ağlınıza gələn hər şeyi qeyd edin; Bir on dəqiqəyə qədər ağlınıza gələn hər şeyi mühakimə etmədən qeyd edin. Sərbəst yazma texnikası olaraq da adlandırılan bu iş sonrasında, yazdıqlarınıza baxın və hansı fikirlərin işə yarayacağını seçin.

Uzanın; Araşdırma nəticələrinə görə, insanlar uzandıqlarında çox yönlü problemlərin həllini oturduqları zamanla müqayisə edildiyində, çox daha asanlıqla tapa bilir. Hər nə qədər ciddi bir yığıncaq əsnasında bu çox istifadə edilməyəcək olsa da, heç olmasa beyin yorğunluğu seanslarında olduqca faydalı ola bilər.

Gülün;  Bəli, gülməyə əsla laqeyd yanaşmayın. Şən olmanız yaradıcılığınızı da artırar, çünki gülmək beynimizdəki "prefrontal korteks" və "anterior singulat korteks" fəaliyyətlərini artırar ki,bu bölgələr kompleks mövzuları qəbul etmə, qərar vermə və hisslərlə əlaqədardır. Hətta özümüzü çox yaxşı hiss etmədiyimiz anlarda belə bir-iki dəfə qəhqəhə çəksək, dərhal halımız düzələcək. Daha şən, amma daha yaradıcı bir fikirdir!
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN