Xoşbəxt olmağın 11 qızıl qaydası

0
3558
Xoşbəxt olmağın 11 qızıl qaydası

Yaradıcı insan olmaq heç də asan olmur.Əvvəl həvəskar kimi məşğul olursan,nə zaman ilham pərilərin gəldi yaradıcı fikirlər ağlına gəlir.Sonra isə ətrafındakıların Ümid yerinə çevrilir, sifarişlər qəbul edirsən.Göstərilən etimadları doğruldarkən bir baxırsan ki, artıq bu işin peşəkarı olmusan.Amma bir an gəlir ki, nə potensial qalır, nə də bir sətir belə yazaa bilmirsən.Əvvəla ümidsizliyə qapılmaq bir həll yolu deyil, onu unut.Nələr edə bilərsən? Bir düşün. 

Sizə təklif etdiyimiz yoxlanılmış variantları da gözdən keçirin,bəlkə köməyinizə çatar.

1.Sadəcə əyləşin və istirahət edin
Heç bir şey etməyin.Gözlərinizi yumub beyninizdə olan bütün fikirləri özünüzdən uzaqlaşdırın.Məkan və zaman anlayışını unudun.Elə bu vaxt beyninizin dərin künclərində gizlinən ideya özü işıq üzünə çıxacaq.

2.Yeni müştərilərlə işləməyə başlayın
Daimi müştərilərin olması bir baxımından yaxşdır,amma bu,yaradıcılıq durğunluğuna səbəb ola bilər.Tamamilə yeni tapşırıq və tələbləri olan yeni müştərilər isə sizin peşəkar bacarıqlarınızı genişləndirməklə yanaşı , kreativliyinizi də oyada bilər.

3.Rəy bildirin
Yəqin ki ixtisasınızla bağlı ən yaxşı bloq və forumlara abunəsiniz.Bəzən sadəcə onları oxyub keçmək kifayət deyil,maraqlı olan məqalələrə rəy də bildirmək lazımdır.Öz sahəsində əsl peşəkar olanlarla fikr mübadiləsi apamaq yeni ideyaların yaranmasına səbəb ola bilər.

4.Özünüz ilə danışın
Bəzən uzun bir müddət üstündə dayanmadan düşündüyünüz problemi yüksək səslə dilə gətirən kimi həll yolu tapılır.Məsələ bundadır ki,bəzən məlumatın fərqli kanal vasitəsi ilə(indiki halda eşitmə kanalı) daxil olması onun başqa cür qəbul olunmasına səbəb ola bilər.Belə ki bu yolla ideyanızı kənardan görmüş olursunuz.Lakin bu üsuldan tez-tez istifadə etməyin,çünki sizi “dəli” hesab edə bilərlər.

5.Məşğuliyyətinizi dəyişin
Yaradıcılıq böhranı keçirirsinizsə ,onda boş-boşuna monitora gözünüzü zilləməyin bir mənası yoxdur ondansa başqa bir şeylə məşğul olun.Bağçanı səliqəyə salın,xarab olmuş bir şeyi təmir edən və ya qabları yuyun.Belə bir vəziyyət dəyişikliyi yalnız faydalı işlər görmənizə yox,həmçinin böhrandan çıxmanıza da kömək edəcək.

6.Əvvəldən başlayın 
Bəzən irəli getməyinizə keçmişdə qəbul etdiyiniz qərarlar mane olur.Bir neçə addım geri atıb yenidən başlamaq üçün cəh edin.Əvvəllər yazdığınız süjeti dəyişin və ya saytınızın kodunu dəyişin.

7.Səyahət edin
Ətraf mühtin,şəhərin,ölkənin hətta planetin dəyişdirilməsi kimi heç bir şey yaradıcılığa təkan verə bilməz.Maldivlərə və ya Karibə səfər edə bilirsinizsə bundan əla heç bir şey yoxdur.Bəzən isə qonşu parkda gəzinti belə ətraflı düşünmək üçün kifayət edir.Odur ki kompüteri söndürün və yeni təssüratların ardınca irəli!

8.Yeni tanışlıqlar
Dövrümüzdə insanlar getdikcə bir-birindən uzaqlaşır.İnternet vasitəsilə istənilən insana əliniz çata bilər reallıqda isə ətrafınızda əsl dostlar azalır.Bəzən virtual əlaqələrinizi real aləmə köçürməyə cəhd edin.Facebook dostunuzu bir fincan qəhvə içməyə dəvət edin və ya virtual əməkdaşlarınız üçün kiçik bir qonaqlıq təşkil edin.Bəzən qeyri-rəsmi mühitdəki tanışlıq sizə veb səhifələrindən daha çox şey qazandıra bilər.

9.İdman
Zehni əməyin fiziki əməklə əvəzlənməsi möcüzələr yarada bilər.Əgər saatlarla mpnitor qarşısında oturmusunuzsa,onda fiziki fəaliyyət yalnız sağlamlığınız üçün lazım deyil.Qan dövranın nvə beynin oksigenlə təminatının yaxşılaşması yaradıcılığın da aktivləşməsinə gətirib çıxarır.

10.Özünüzə yeni bir şey alın
İnanılmaz səslənə bilər lakin çoxdan aruzlan biri şeyin alınması əhval-ruhiyyənizi ,ruh yüksəkliyinizi qaldıra bilər.Bu da motivasiyanızı artırır.

11.Yoga ilə məşğul olun
Yoga fikirlərinizin aydınlaşdıırılması və sağlamlığınızın möhkəmləndirilməsi üçün olduqca yaxşı yoldur.Yoga gənc qalmanıza və stressdən azad olmanıza kömək edir.Bu bir növ hərəkətli meditasiyadır.

12.Post yazın
Bəli, yaradıcılıq böhranı ilə mübarizə haqda bir post yazın və oxucularınızdan öz mübarizə yollarını yazmalarını xahiş edin.Bəlkə də yazılmış rəylər arasında itirilmiş ilhamınızın tapılmasına kömək edəcək ən gözəl məsləhəti oxuyacaqsınız.
 
Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN