Yaradıcı Düşüncə

0
3274
Yaradıcı Düşüncə

Düşünmək, insan təbiətinin ən təməl elementi olaraq qəbul etdiyimiz bir faktdır. Bu həqiqətən belədirmi? Düşünmək dedikdə nəyi nəzərdə tuturuq? Eyni fikirlərin davamlı gəlib-getməsi həqiqi bir düşüncə fəaliyyətidirmi? "Ağılıma bir fikir gəldi"- dediyimiz zaman, bu fikir haradan gəlir, harada dayanacaq və hara gedəcəkdir? Yaradıcı və yeni düşüncələr necə meydana gəlir? İş həyatında bunu necə istifadə edə bilərik?

Bu yazıda bu sualların cavablarını axtaracağıq.

Müəyyən olunmuş qəliblərlə yaşayan insanın fakir çərçivəsinin məhdud olduğunu, öyrəndiyi biliklərin onu irəli aparmaq yerinə həyatının daha da daraltdığını başa düşmək çətin deyil. Bu səbəbdən, təhsilin yalnız insanların zehni sturukturu inkişaf etdirməyə yönəldiyini, amma zehinin təbiəti etibarı ilə bu cəhdin də istənilən nəticəni vermədiyinin şahidi olarıq. Zehin, mövcud informasiyanı istifadə etməkdə hünərli olsa da, yeni bir şey yaratmaqda kifayyət qədər bacarıqlı deyildir. Zehinə daha çox bilik verərək buna nail olmaq mümkün deyil.

İş həyatında, idarəetmə üzrə verilən təhsili araşdırarkən maraqlı nüanslarla qarşılaşdım. Zehini daha kəskinləşdirmək və təchiz etmək haqda kifayyət qədər bilik olsa da, bu informasiyaların məhsuldarlığı nə qədər artırması mübahisəlidir. Bu ziddiyyətin təməl səbəblərindən biri "Yaradıcı Düşüncə"nin necə işlədiyinə əhəmiyyət verməməkdir.

Yaradıcı düşüncənin meydana gəlməsi, zehində daim mövcud olan avtomatik düşüncə qəliblərinin ortadan qaldırılmasıyla mümkündür. "Yeni\" fikirlər, ancaq zehinin sükutu zamanı əmələ gəlir. Uşaqlıqdan, iş həyatımıza qədər uzanan bir həyat yolunda aldığımız təhsillərə diqqət yetirsək görərik ki, zehni sakitləşdirmək bir yana dursun, bizə zehindəki səs-küyü necə artıra biləcəyimiz öyrədilmişdir. Bu səs-küyə “düşüncə” adını vermək isə bizi “buxovlayan” başlıca faktordur.

Mövzuya sadə suallarla davam edək. "Ağılınıza gələn düşüncələri istədiyiniz zaman dayandıra bilərsinizmi?"  "Düşüncələri ağılınıza sizmi çağırırsınız, yoxsa onların əksəriyyətı özləri gəlirlər?" Bu sualların cavabları, bizim "Yaradıcı Düşüncə" prosesisndə hansı mərhələdə olmağımızı müəyyən edəcəkdir.

Zehin, avtomatik düşüncə qəliblərini "keçmiş" və "gələcək" kimi qəbul edir. Halbuki yeni fikirlər, nə keçmiş, nə də gələcək zamanda var ola bilməzlər. Yeni fikirlər, yalnız içində olduğumuz "an"da mövcud ola bilərlər. Biz \"indiki anda\" yaşasaq və belə görünsək də, fikirlərimiz həmişə ya keçmişə, ya da gələcəyə aiddir.

Bizi "indi"də saxlayacaq vasitələrin ən böyüyü "nəfəs"imizdir. Tənəffüsümüzə diqqət verdikdə zehinimiz sakitləşməyə başlayar, çünki biz ancaq "indiki" anda nəfəs alıb-veririk. Nəfəs bizi "indi"də saxlayır. Bir müddət bütün diqqətimizi tənəffüs etməyimizə yönəltsək zehinimizin daha dərin sükuta qərq olduğunu hiss edərik. Bunu hiss etdikcə, içimizdə bir rahatlıq və təzəlik duyğusu da ortaya çıxacaqdır. Belə bir sükut və boşalma vəziyyətinin ardınca şüurumuzu düşüncəyə doğrultsaq, zehinimizdə meydana gələcək yeni fikirlərə heyrətlənə bilərik.

Xüsusilə idarəetmə mövqeyində olan şəxslər, zehini sakitləşməni öyrənməlidirlər. Bunun reallaşması, işgüzar yönümlü radikal qərarlarda, məhsulun təkmilləşdirilməsi mərhələlərində, innovasiyalarda, idarəetmə strategiyalarında, doğru qərar qəbulunda, markalaşmada vs. kritik nöqtələrdə səmərəli vəziyyətə fikirlərin yaranmasını təmin edəcəkdir. Bu sükunətin ağuşunda dünyaya gələn fikirlər, daxilən heç bir ziddiyyətlə üzləşmədikləri üçün,   insanın əhvalı da gərgin vəziyyət almayacaqdır.

 

ŞƏRH YAZIN